Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2018
21:53
299
Azərbaycanda bələdiyyə seçkilərinin tarixi bilindi

Azərbaycanda 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərinin tarixi məlum olub. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilən zaman qeyd edilib.

Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 211.1-ci və 213-cü maddələrinə əsasən bələdiyyələrin səlahiyyət müddəti beş ildir.

Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci iki gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.

2019-cu ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2019-cu ilin 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınır. 

Məqalədə : bələdiyyə seçki 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
103

Azərbaycan iqtisadiyyatı 2,2% böyüyüb

19

İyun
15:35
İQTİSADİYYAT
49

Bakı Neft Maşınqayırma Zavodu özəlləşdirilib

19

İyun
15:02
İQTİSADİYYAT
2108
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 19:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru