Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2018
20:02
“Azərpoçt”un mənfəəti kəskin azalıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 115,228 mln. manat təşkil edib.

FaktXəbər şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,3% çoxdur.

2017-ci ildə “Azərpoçt”un uzunmüddətli aktivləri 1,8% azalaraq 57,098 mln. manata düşüb, qısamüddətli aktivləri isə 36,1% artaraq 58,13 mln. manata çatıb.

Ötən il “Azərpoçt”un cəmi öhdəlikləri 25,8% artaraq 57,185 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 9,3% azalaraq 14,273 mln. manat, qısamüddətli öhdəlikləri isə 44,5% artaraq 42,912 mln. manat təşkil edib. Hesabat dövründə şirkətin cəmi kapitalı isə 4,8% artaraq 58,043 mln. manat olub.

2017-ci ildə “Azərpoçt”un göstərdiyi xidmətlərdən gəlirləri 46,011 mln. manat (2016-cı ilə nisbətən 15% çox), xidmətlərinin maya dəyəri 28,383 mln. manat (18,1% çox), digər əməliyyat gəlirləri 2,412 mln. manat (13,5% az), digər əməliyyat xərcləri 17,594 mln. manat (32,1% çox), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərəri 127 min manat (2016-cı ildə gəlir olub), maliyyə xərcləri isə 632 min manat (2016-cı ildə zərər olub) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Son nəticədə “Azərpoçt” ötən ili 2,952 mln. manat mənfəətlə başa vurub. Halbuki, şirkət 2016-cı ildən 4,596 mln. manat xalis mənfəətlə çıxmışdı.

Xatırladaq ki, “Azərpoçt” 1999-cu ildən fəaliyyət göstərən “Azərpoçt” Dövlət Müəssisənin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73,344 mln. manatdır. 

Məqalədə : Azərpoçt 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda 4207 cinayət işinin istintaqı tamamlanıb

22

Yanvar
18:03
HÜQUQ,HADİSƏ
157

AXCP üzvü döyülübmü? - DİN-dən rəsmi cavab

22

Yanvar
17:36
HÜQUQ,HADİSƏ
211

Ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib

22

Yanvar
17:12
HÜQUQ,HADİSƏ
203

Dairəvi dəmir yolunun tikintisi yekunlaşır

22

Yanvar
17:08
NƏQLİYYAT
214

Azərbaycanda məktəbli geyimləri necə olmalıdır?

22

Yanvar
17:02
ELM / TƏHSİL
451

Prezident seçkilərdən danışdı

22

Yanvar
16:56
ÖLKƏ
223

Binəqədidə qumbara və partladıcı tapılıb

22

Yanvar
15:45
HÜQUQ,HADİSƏ
247

AFFA idmançıları cəzalandırdı

22

Yanvar
15:22
ÖLKƏ
209

Yanğında 400 ev kül oldu - VİDEO

22

Yanvar
14:31
DÜNYA
323
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2020 19:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru