Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2018
15:54
Sahibkarlara faiz subsidiyasının verilməsi davam etdiriləcək

Dövlət tərəfindən sahibkarlara faiz subsidiyasının verilməsi 2019-cu ildə də davam etdiriləcək.

İpoteka və Kredit Zəmanət Fondundan FaktXəbər-ə verilən məlumata görə, Prezidentin 2018-ci il 25 dekabr tarixli Fərmanı ilə sahibkarların manatla aldıqları kreditlər üzrə faizlərə görə subsidiyaların verilməsi 2019-cu ilin sonunadək uzadılıb.

Mövcud Qaydalara əsasən faiz subsidiyası sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarların müvəkkil banklardan manatla aldıqları və Fondun zəmanət verdiyi kreditlər üzrə ödənilməli olan faizlərin bir hissəsinə görə dövlət tərəfindən əvəzsiz verilən maliyyə vəsaitidir.

Faiz subsidiyası müddəti 3 ilədək olan kreditlər üzrə illik 8 faiz, 3 ildən artıq olan kreditlər üzrə isə illik 10 faiz bəndi həcmində verilir. Qeyd olunmalıdır ki, faiz subsidiyası illik faiz dərəcəsi 20%-dən çox olmayan kreditlər üzrə verilir.

Sahibkarların kreditlər üzrə faizlərinin bir hissəsinin dövlət vəsaiti hesabına subsidiyalaşdırılması onların maliyyə mənbələrinə çıxış imkanlarını artırmaqla yanaşı, maliyyə-kredit bazarında risklərinin azaldılmasına, bankların kreditləşmə əməliyyatlarında fəallığının artmasına və nəticə etibarı ilə iqtisadi aktivliyin yüksəlməsinə xidmət edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
270

Husilər Yəməndə ciddi irəliləyib

22

Sentyabr
15:40
DÜNYA
231

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

22

Sentyabr
14:33
NƏQLİYYAT
271

İmran Xan Talibana xəbərdarlıq etdi

22

Sentyabr
14:19
DÜNYA
304

Anar Bağırov hakimləri tənqid etdi

22

Sentyabr
12:21
HÜQUQ,HADİSƏ
266

Bayden İrana çağırış etdi

22

Sentyabr
10:47
DÜNYA
446
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 04:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru