Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2018
16:45
Tural Gəncəliyev: “Erməni icması ilə dialoqa hazırıq”

“Biz “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin fəaliyyətini daha da aktivləşdirməyə çalışacağıq. Azərbaycanın daxilində, xüsusilə də ölkə xaricində keçiriləcək tədbirlərdə - beynəlxalq konfranslarda, simpoziumlarda aktivliyimizi artıracağıq. Ermənilərin yalan məlumatlarının ifşa edilməsi istiqamətində işlərimiz davam etdiriləcək”.

Bu sözləri açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin yeni sədri Tural Gəncəliyev deyib.

T.Gəncəliyev qeyd edib ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ermənilərlə dialoqa hazırdır: "Təəssüflər olsun ki, Ermənistanda Serj Sarkisyan rejimi buna imkan yaratmırdı. Ümid edirik ki, yeni mərhələdə münaqişənin tənzimlənməsi prosesində erməni icması ilə təmaslar quracağıq, konstruktiv dialoqa başlayacağıq. Əsas məqsədimiz Azərbaycanın torpaqlarını işğaldan azad etmək, məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını təmin etmək, dağıdılmış tarixi, mədəni, dini abidələri bərpa etməkdir. Bizim doğma yurdlarımıza qayıdaraq erməni icması ilə birlikdə yaşamaq əzmimiz var, buna daim hazırıq. Təbii ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər”.

Xatırladaq ki, bu il dekabrın 20-də Birliyin II qurultayı keçirilib. Qurultayda Birliyin (İcmanın) yeni İdarə Heyəti təsdiqlənib. Qurultayın qərarına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın sədri, Asif Cahangirov və Elçin Əhmədov isə sədr müavinləri vəzifəsinə seçiliblər. Birliyin T.Gəncəliyevdən əvvəl isə sədri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov olub.(report.az)

Məqalədə : Tural Gəncəliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43240

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41538

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43143

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42627

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48149

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42686

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43084
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2020 20:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru