Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2018
12:49
252
Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verildi

Azərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi  “Beynəlxalq media vəsiqəsi” (İnternational Press Card)  təqdim edilib. Təqdimat mərasimi BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı  olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) ofisində baş tutub. 

JuHİ sədri  Müşfiq Ələsgərli bildirib ki, BJF  təsis etdiyi  “Beynəlxalq media vəsiqəsi”  jurnalistlər üçün dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni əldə etmiş  jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir.  “Bununla yanaşı, kartın digər mühüm statusları da var. Vəsiqə sahibi olan jurnalist risqli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən diqqətdə saxlanılır. Bu halda təhlükə ilə üzləşən: təqib edilən, əsir-girov götürülən, xəsarət alan, informasiya əldə etmək hüququ pozulan vəsiqə sahibinin  vəziyyətdən çıxması üçün BJF lazımi dəstək göstərir”, deyə Müşfiq Ələsgərli bildirib.

Məlumat üçün bildirək ki, “Beynəlxalq media vəsiqəsi” BJF-yə fərdi müraciətlərlə deyil, ölkələr üzrə BJF-nin yerli üzv təşkilatlarının zəmanəti əsasında verilir. Vəsiqəni əldə etmək üçün müəyyənləşdirilən şərtlər sırasında:

- Jurnalistika sahəsində fasiləsiz  fəaliyyət göstərmək, peşəkar qaydaları bilmək, 

- BJF-nin müəlliflik etdiyi “Jurnalistlər üçün Etik Kodeks”ə sayqılı yanaşmaq,

- BJF-nin yerli təmsilçi təşkilatına üzv olmaq və onunla  sıx  əməkdaşlıq etmək  

və sair kimi məqamlar daxildir.

 Yerli üzv təşkilata (Azərbaycanda JuHİ)  üzv olduqdan sonra vəsiqə üçün müraciət etmək statusu yaranır. JuHI üzvü olmaq istəyənlər təşkilatın ofisinə müraciət edə  bilərlər. 

2018-ci ilin sonu üçün “Beynəlxalq media vəsiqəsi”  BJF-nin Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının üzvlərinə: Rumiyyə Tağızadəyə,  Nərgiz Cavadzadəyə,   Telman Məmmədova,  Fəridə Ağazadəyə,  Anar Məsimova,  Əlisəfa Həsənova,  Rauf Rəcəbova  verilib.   

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2379

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2237

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1737

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1486

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
445

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
224

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1180
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 18:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru