
Kolumbiya Parlamentinin xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini dəstəkləyən qətnamə qəbul edib. Qətnamə Azərbaycan Respublikasının Boqotadakı Səfirliyinin müvəqqəti işlər vəkili Həmid Zeynalova rəsmi olaraq təqdim edilib.
Qətnamədə Kolumbiya Respublikası ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli münasibətlərin vacibliyi vurğulanır, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər 7 rayonunun Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində işğalı, habelə Azərbaycan əhalisinin etnik təmizlənməsinə məruz qalmasından Kolumbiya tərəfinin narahatlığı qeyd edərək Ermənistanın bu aqressiyası pislənir və dünya ictimaiyyətini bu hadisələrin insanlığa qarşı cinayət kimi qiymətləndirilməsinə çağırır.
Həmçinin, Azərbaycan torpaqlarının indiyədək işğal altında qalması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək öz həllini tapmadığına görə Kolumbiya tərəfinin dərin təəssüfü vurğulanır və bu münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri, həmçinin münaqişə üzrə qəbul olunmuş beynəlxalq hüquqi sənədlərin, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında sülh yolu ilə həll edilməsinə çağırır.
Eyni zamanda, qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqın və məcburi köçkünlərinin dərhal öz doğma torpaqlarına qayıtması üçün şəraitin yaradılmasını tələb edilir.
Sonda sözügedən sənəddə Kolumbiya Respublikası Senatının xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Azərbaycan Hökuməti və xalqı tərəfindən ölkəsinin müdafiəsi üçün həyata keçirdiyi bütün səyləri tam dəstəkləyir və fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Kolumbiyadakı Səfirliyinin yüksək fəaliyyətini xüsusi vurğulayır.

DYP avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə müraciət edib
16
Aprel
Tiflisdə silahlı şəxslər Gürcüstan Bankına basqı edib insanları girov götürüblər
16
Aprel
Xəstəxanadakı sevinci ilə məşhurlaşan qazi əlillik təyinatından narazıdır
16
Aprel
Altı ay komada qalan və dünən şəhidlik zirvəsinə ucalan hərbçimiz dəfn olundu - FOTO
16
Aprel23-11-2019 10:23 Kolumbiyada polis idarəsinin yanında yük maşını partladılıb
05-09-2019 10:40 Venesuela Kolumbiya ilə sərhəddə RƏM sistemi yerləşdirəcək
04-09-2019 10:11 Maduro Kolumbiya ilə sərhəddə hərbi təlimlər barədə göstəriş verib
29-08-2019 15:52 Tələbləri yerinə yetirilməyən terrorçular yenidən fəaliyyətə başladılar
27-02-2019 11:57 Kolumbiyada müxalifətçi özünü prezident elan etdi - VİDEO
18-01-2019 09:30 Kolumbiyada polis məktəbində partlayış: 21 ölü var - VİDEO
- 08-05-2019 16:42 Şuşanı sonuncu tərk edən döyüşçü: Bizə hücum əmri verilmədi - VİDEO
- 08-05-2019 00:01 Şuşanın işğalından 27 il ötür
- 02-04-2019 09:49 Kəlbəcərin işğalından 26 il ötür
- 26-02-2019 10:00 Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar
- 17-02-2019 11:34 Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 27 il ötür
- 11-02-2019 12:05 Şuşa qalasının ən son FOTOLARI
- 31-01-2019 11:25 Vətən uğrunda şəhid olanların muzeyi yaradıldı - VİDEO
- 18-01-2019 14:35 20 Yanvarın Şəhidlər Günü elan olunması təklif edildi
- 05-01-2019 11:35 Horadiz əməliyyatından 25 il ötür - VİDEO
- 28-12-2018 09:10 Xankəndinin işğalından 27 il ötür
- 25-12-2018 11:30 Kolumbiya Qarabağla bağlı qətnamə qəbul etdi
- 12-11-2018 12:06 Jirinovski: Qarabağ probleminin həlli Azərbaycanın Rusiya ilə federasiyada birləşməsindən asılıdır
- 07-11-2018 09:30 Belçika XİN: Dağlıq Qarabağ Azərbaycanın ərazisidir
- 06-11-2018 13:11 İraq Qarabağ münaqişəsində Azərbaycanın yanındadır - SƏFİR
- 02-10-2018 08:08 Xocavəndin işğalından 26 il ötür - FOTO-VİDEO
- 02-04-2018 08:08 Aprel qələbələrinin ildönümüdür