Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Dekabr

2018
12:59
Bakıdakı 64 saylı marşrut xəttinə yeni avtobuslar buraxılacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) "Neftçilər" metro stansiyasından Yeni Günəşli qəsəbəsi istiqamətindəki 64 saylı müntəzəm marşrut xətti üçün 20 yeni avtobus istifadəyə verəcək.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev yeni avtobusların təqdimat mərasimində bildirib.

“Həmin marşrut xətti üzrə daşıyıcının fəaliyyəti qənaətbəxş olmadığından BNA onunla imzaladığı müqaviləyə xitam verib, başqa daşıcı ilə müqavilə imzalayıb. Dəfələrlə Agentliyə 64 saylı marşrut üzrə sərnişindaşımanın keyfiyyətinin aşağı olması, qeyri-peşəkar sürücülərin avtobusları idarə etməsi, avtobusların texniki cəhətdən qoyulan tələblərə cavab verməməsi ilə bağlı şikayətlər daxil olurdu. Daşıcı qarşısında bununla bağlı tələblər qoyulsa da, bu istiqamətdə addımlar atılmırdı. Buna görə də müqaviləyə xitam verilib. Yeni avtobuslar yaxın günlərdə xəttə buraxılacaq, 4 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək. Avtobuslarda fiziki imkanları zəif olan şəxslərin istifadəsi üçün panduslar yerləşdirilib, əlil arabaları üçün yer quraşdırılıb, kart sistemi hələlik tətbiq olunmayıb”, - deyə o, qeyd edib.

Bundan başqa, M.Ağayevin sözlərinə görə, NBA gələn il ölkəyə daha 300 avtobus gətirəcək: “Həmin avtobuslar gətirildikdən sonra bütün yenilənmiş xətlər üzrə kart sisteminə keçid təmin ediləcək”.

Məqalədə : yeni avtobuslar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
443

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
358

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
568

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
412

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
360
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 01:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru