Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Dekabr

2018
11:07
FES-in qərarı Azərbaycan üçün əlverişli deyil

Federal Ehtiyatlar Sisteminin (FED) uçot stavkasının yüksəltməsi ilə bağlı qərarı neft bazarına təzyiqi daha da artırıb.

Bu barədə FaktXəbər-ə açıqlama verən iqtisadçı Vüqar Bayramov bildirib ki, brent markalı neftin hər barelinin qiyməti 53 dollaradək azaldıqdan sonra stabillik müşahidə olunub. Onun sözlərinə görə bunun uzun müddətli olacağını söyləmək çətindir:

“Gələn ilin büdcəsində neftin qiymətinin 60 dollardan hesablandığını nəzərə aldıqda neftin ucuzlaşması fiskal baxımdan bizim üçün əlverişli deyil. Neftin mövcud qiyməti hətta 2018-ci ilin büdcəsində nəzərdə tutulan qiymətdən də azdır. Doğrudur, bu il neftin orta qiyməti kifayət qədər yüksək olduğundan bazardakı son enişlər 2018-ci il büdcəsinin gəlirlərinə təsir etmir”.

İqtisadçı qeyd edib ki, gələn il büdcə gəlirlərinin formalaşmasında neftin dünya bazar qiyməti həlledici olaraq qalacaq:

“FES 0.25 faizlik artım ilə bazarda şok yaratmamağa çalışsa da son qərar inkişaf etməkdə olan ölkələrin və eləcə də bizim valyuta bazarımız psixoloji təsir göstərməkdədir. Avropa Birliyi büdcəsi ilə bağlı İtaliya ilə əldə edilən razılıq avroya müəyyən nəfəs versə də Avrozonadakı nümayişlər köhnə qitənin vahid valyutasının möhkəmlənməsinə imkan vermir.

Göründüyü kimi, qlobal bazarlar da ili qeyri-müəyyənliklərlə başa vurmaqdadırlar. Beynəlxalq maliyyə qurumları gələn il üçün qlobal iqtisadi artım faizini aşağı saldıqları üçün gələn il dünya əmtəə və valyuta bazarlarında qeyri-müəyyənliklərin davam edəcəyi gözlənilir”.

Məqalədə : FES Azərbaycan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
289

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
264

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
286

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
267

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
392

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
366

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
566
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-12-2019 07:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru