Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Dekabr

2018
10:15
1424
Azərbaycana qış fəsli daxil olub

Azərbaycana qış fəsli daxil olub. Qış fəsli Bakı vaxtı ilə saat 02:22-də gəlib. Bu gün Şimal yarımkürəsində ən uzun gecə, ən qısa gündüz yaşanır. Cənub yarımkürəsində isə bu gün, əksinə olaraq ən qısa gecə, ən uzun gündüz qeydə alınacaq.

Xatırladaq ki, qış fəslinin gəlişi zamanı Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Bu səbəbdən də, bu fəsildə soyuq hava şəraiti müşahidə olunur. 

Bu gecə həm də Çillə gecəsidir, bu gündən etibarən Böyük çillə başlayır və 40 gün davam edəcək. Azərbaycanın bəzi bölgələrində Çillə gecəsinin ritualları unudulsa da, bəzi bölgələrdə hələ də insanlar toplanıb Çillə mərasimləri keçirirlər. 

Qeyd edək ki, 2019-cu ildə Azərbaycana yaz martın 21-də Bakı vaxtı ilə saat 01.58-də, yay iyunun 21-də saat 19.54-də, payız sentyabrın 23-də saat 11.50-də, qış isə dekabrın 22-də saat 08.19-da daxil olacaq. 

Məqalədə : qış 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
592

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
35

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
64

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
277

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
298
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 21:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru