Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Dekabr

2018
20:55
Bu il istehsalatda bədbəxt hadisələrə görə 2,8 mln. manat sığorta ödənişi verilib

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə toplanan sığorta haqlarının və ödənişlərin məbləği açıqlanıb.

FaktXeber Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr ayları ərzində bu sinif üzrə sığorta daxilolmaları 33 mln. 39 min manat təşkil edib. Bu, yanvar-oktyabr aylarındakı göstəricidən 2 mln. 795,3 min manat və ya 9,24%, ötən ilin eyni dövründəki göstəricidən isə 2 mln. 48 min manat və ya 6,6% çoxdur.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlərə gəlincə, hesabat dövründə bu rəqəm 2 mln. 812,6 min manat olub ki, bu da yanvar-oktyabr ayları ilə müqayisədə 215,4 min manat və ya 8,29% çoxdur, bir il əvvəlki göstəricidən isə 123,7 min manat və ya 4,21% azdır.

Ümumilikdə, yanvar-noyabr aylarında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlər sığorta haqlarının cəmi 8,51%-ni təşkil edib.

Məqalədə : bədbəxt hadisə sığorta 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
2090

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
2230

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
334

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
263

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
286

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
231

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
256

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
267
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 06:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru