Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Dekabr

2018
17:01
1461
YƏMƏN - Səudiyyənin gələcəyi üçün şah damarı

Yəmənə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hücum etməsindən və müharibənin başlamasının 4 ilinin tamam olmasına az qalıb. Bu 4 ildə Səudiyyə Ərəbistanı istər bombardmanlarla, istər quru hücumları ilə, istərsə də dənizdən blokada ilə Yəmən xalqına olmazın zülmlərini verib. Səudiyyənin Yəmənə müdaxiləsi isə kralın kuklası hesab edilən prezident Mənsur Hadinin devrilməsi olub. Belə ki, Səud rejiminin birbaşa diktəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarını yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və koalisiya yaradıldı. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni bu gün də blokada şəraitində saxlayır. Hazırda 27 milyon əhalisi olan Yəmənin təxminən 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. 

Yəmənin Səudiyyə üçün bu qədər əhəmiyyət daşımasına bir neçə səbəb var.

Bu yazıda həmin səbəblər barədə danışacağıq.

Yəmən barədə yazarkən ilk öncə onun yerləşdiyi coğrafi mövqeyə diqqət etmək lazımdır. Yəmənin şimalı 1 noyabr 1918-ci ildə Osmanlı İmperiyasından ayrılaraq müstəqilliyini elan edib. Cənubu isə 30 noyabr 1967-ci ildə Böyük Britaniyanın müstəmləkəçiliyindən çıxaraq müstəqil olub. 22 may 1990-cı ildə Yəmən Xalq Demokratik Respublikası və Yəmən Ərəb Respublikası arasında birləşmə müqaviləsi bağlanıb və hazırda Yəmən Respublikası adlanır. Ölkə əhalisinin 99 faizi müsəlmandır. 

Yəmən həm də Qırmızı dənizin sahilində yerləşir və dənizi Hind okeanı ilə birləşdirən, Cibuti və Eritreya ilə aralarında olan su sərhədinə - Babul Məndəb boğazına birbaşa nəzarətə malikdir. Boğazın böyük iqtisadi və strateji əhəmiyyəti var. Avropadan Şərqi və Cənubi Asiyaya, Avstraliyaya yol Babul-Məndəb boğazından keçir. Bu boğazdan Səudiyyə Ərəbistanı da neft satışları üçün istifadə etmək istəyir, çünki İranın Hörmüz boğazını bağlayacağı təqdirdə iqtisadiyyatının 68 faizi neftdən asılı olan Səudiyyəni çətin günlər gözləyə bilər. Boğazın eni cəmi 26 km-dir.

Yuxarıda qeyd etdiyimiz səbəblər bu gün Yəməndə baş verən faciənin əsas səbəblərindən biridir. 4 ildir bombalanan, acından, xəstəlikdən öldürülən Yəmən xalqının faciələri qəfildən Qərbin, xüsusi ilə ABŞ hökumətinin, senatorların yadına düşdü. Amma qəfildən düşmədi. O zaman Yəməndəki faciəni qabartdılar ki, bütün dünya Türkiyədəki Səudiyyə konsulluğunda Səud şahzadəsi Məhəmməd bin Salmanın tapşırığı ilə qətlə yetirilən jurnalist Camal Qaşıqçıdan danışırdı. O Məhəmməd bin Salman ki, Trampın kürəkəni ilə milyardlıq ticarət əlaqələri var. Söhbət həm də ABŞ-ın Yaxın Şərqdəki ən yaxın müttəfiqlərindən olan bir dövlətin gələcək başçısının imicindən gedir. Məhz bu imicin korlanmaması üçün müdafiəsiz bir jurnalisti amansızlıqla qətlə yetirmək tapşırığını verən şəxs üzərindən diqqətləri başqa səmtə yönəltdilər və əllərində olan media orqanları vasitəsi ilə bunu bacardılar da. Səudiyyə də Yəmən problemi üçün danışıqlara hazır olduğunu dolayısı ilə ifadə etdi.

2014-cü ildə Ənsarullah Hərəkatı və xalq könüllülərinin paytaxt Sananı tutması ilə başlayan müharibənin dördüncü ilində İsveçdə aparılan sülh danışıqları, Yəmən xalqında olan şübhələrə baxmayaraq, qarşıdurmanın səngiməsinə dair ümidləri cücərtdi. Çünki 2016-cı ildə başlayan sülh danışıqlarının iflasa uğraması müharibənin bu günə qədər gücünü artıraraq davam etdi.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəmənə yardım büdcəsini 2018-ci ildə 3 milyard dollar təyin etsə də, Səudiyyə təcavüzünün nəticəsi olaraq 2019-cu ildə bu büdcə 4 milyard dollara qalxıb. "Save the Children" adlı qeyri-hökumət təşkilatının məlumatlarına görə, 60 min yəmənli toqquşmalarda dünyasını dəyişib, 5 yaşdan aşağı 85 mindən çox uşaq aclıq və xəstəlikdən tələf olub.

Müharibə meydanındakı son vəziyyət

Əvvəlki görüşlərdə əldə edilən müqavilələrin pozulması və İsveç görüşlərində bəzi məsələlərin qeyri-müəyyənliyini qoruyub saxlaması, Yəməndəki vəziyyətin nə qədər kövrək olduğunu göstərir.

Yəmən xalqına zülm etdikdən, qırğınlar törətdikdən sonra ölkədən qaçan keçmiş prezident Mənsur Hadinin tərəfdarları daha çox sahəyə hökm etsə də, strateji nöqtələrə nəzarət faktiki hökumətin - Ənsarullah Hərəkatının əlindədir. Paytaxt Səna başda olmaqla ölkənin ticarət mərkəzi və humanitar yardımların ana damarı olan Hudeydə limanını nəzarət altında saxlayır. Amma bu limana gələn yollar da blokada altındadır. Mənsur Hadi tərəfdarlarının fəaliyyətdə olduğu Taiz şəhəri 2014-cü ildən Ənsarullah Hərəkatı və xalq könüllülərinin mühasirəsi altındadır. Dörd milyon yəmənlinin yaşadığı, dörd milyard dollarlıq qızıl ehtiyatlarının, həmçinin su və neft ehtiyatlarının olduğu Hadramutda isə "Əl-Qaidə" terrorçularının məğlubiyyətindən sonra sakitçilikdir.

Yəmənin neft siyasəti

Öncə də qeyd etdiyimiz kimi, Hind okeanı və Qırmızı dənizi bir-birinə bağlayan Babul Məndəb boğazı Çin və Uzaq Şərq ilə Yaxın Şərq, Avropa və Afrika ölkələrinin ticarət keçidində strateji nöqtədir. Bu keçiddən ildə orta hesabla 33 min ticarət gəmisi keçir və boğazın ticarət həcmi illik 1,8 trilyon dollardır. İldə buradan daşınan neftin dəyəri 315 milyard dollardan artıq olur ki, bu da dünyadakı neft ixracının 26 faizini təşkil edir. Buna görə də, Yəmən Körfəz ölkələri və İranın neft ixracı üçün əhəmiyyətli keçid marşrutu mövqeyindədir. 

Səudiyyə Ərəbistanı Şimali Amerika və Avropaya gündəlik 600 min barrel xam neft ixrac edir. Hazırda İran nəzarətindəki Hörmüz boğazından neft ixracının çətinliyə düşəcəyini düşünən Səudiyyə neft üçün Yəmən ərazisindən alternativ yollar axtarır. Hörmüz boğazı və İrandan olan asılılığını azaltmaq üçün Hadramutdan Ədən körfəzinə gedəcək neft kəməri layihəsi ilə Səudiyyə Ərəbistanı Ədənə və dolayısı ilə Hind okeanına birbaşa çıxış etməyi düşünür. Eyni məqsədlə 2007-ci ildə başlanılan "Trans-Arabia" neft kəməri layihəsi Səudiyyə Ərəbistanının Ras Tanura limanından Ədən körfəzinə uzanan boru kəməri inşası planı olsa da, hələ həyata keçirilməyib.

Bununla yanaşı, Efiopiyanın Nil çayından altı min meqavatlıq elektrik enerjisi əldə etməyi nəzərdə tutan və Afrikanın ən böyük su anbarı olacaq GERD layihəsi, Səudiyyə Ərəbistanının enerjidə neft və qaza olan asılılığını azaltması üçün böyük fürsət yaradır. Səudiyyə Ərəbistanı bu çərçivədə həmin layihədən pay alaraq dəniz və Yəmən üzərindən torpaqlarına çatacaq elektrik xətti işinə başlayıb.

Nəticə olaraq Yəmənə və Yəməndən keçəcək neft kəmərlərinə hakim olmağın, Hörmüz boğazına möhtac qalmadan Asiya və Avropa bazarlarına çıxmağın nə demək olduğunu bilən Səudiyyə Ərəbistanı üçün, aktiv qaz yataqlarının yerləşdiyi Mərib, Hudeydə, Balhaf, Mukalla və Hadramut bölgələri strateji əhəmiyyət daşıyır.

Silah müqavilələri

ABŞ başda olmaqla İngiltərə, Almaniya kimi silah istehsal edən ölkələrin daimi müştərisi olan Səudiyyə Ərəbistanı 2010-2017-ci illər arasında ən çox silah alan ölkələr arasındadır. 2007-ci ildə ABŞ-ın İraq işğalının səbəb olduğu büdcə kəsirini bağlamaq üçün dövrün ABŞ prezidenti Corc Buş Səudiyyə Ərəbistanına 20 milyard dollar dəyərində silah satıb. Obama dövründə isə bu rəqəm 60 milyard dollara qaldırılıb. 2015-ci ildə Obamanın İran ilə nüvə müqaviləsi imzalaması zamanı Yəmənin paytaxtı Səna Ənsarullah Hərəkatının nəzarətində idi. Buna görə də təcavüzə məruz qoyduğu Yəmən xalqın qəzəbini sərhədlərində hiss edən Səudiyyə Ərəbistanı daha çox Amerika silahına möhtac oldu.

ABŞ-da Donald Trampın prezident seçilməsi ilə iki ölkə arasında silah ticarəti hazırda pik həddə çatdı. Tramp Səudiyyə Ərəbistanına ilk səfərində silah satışını böyüdəcəyi barədə açıqlamalar səsləndirdi. O, vəzifə başına gələndən bu yana Səudiyyə Ərəbistanı ilə təxminən 500 milyard dollarlıq saziş imzalayıb. Bunun da təxminən 350 milyard dolları təkcə silah satışı ilə əlaqədardır.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun Silah Transferi Məlumat Bazasına görə, ABŞ 2010-cu ildən bu yana 30 "F15" çoxməqsədli reaktiv təyyarəsi, 84 döyüş vertolyotu, 110 havadan müdafiə raketi və təxminən 20 min idarə olunan raket verib.

İsveç razılaşması və Yəmən sülhü üçün açılan qapı

İki ildir davam edən və uğursuzluqla nəticələnən sülh təşəbbüslərindən sonra tərəflər bir masa arxasında oturmağa razılaşdılar. Mənsur Hadi tərəfdarları Taizdəki blokadanın ləğvini, humanitar dəhlizlərin yaradılmasını, Ənsarullah Hərəkatının və xalq könüllülərinin Hudeydədən çəkilməsini, Hudeydə limanının gəlirlərinin Ədən Mərkəz Bankına köçürülməsini, Ədən hava limanının ölkənin əsas aeroportu olması şərtilə Səna hava limanının açılmasını, BMT və beynəlxalq cəmiyyətin əməkdaşlarına mina xəritələrinin təqdim edilməsini, Yəmən Mərkəz Bankına dəstək verilməsini və Ənsarullah Hərəkatının dövlət qurumlarına paralel orqanlar yaratmaması şərtini irəli sürdülər.

Bir həftə davam edən danışıqlar nəticəsində Mənsur Hadi tərəfdarları və Ənsarullah Hərəkatı arasında əsir dəyişdirmək məsələsində razılıq əldə olundu. 2015-ci ildən bəri blokada şəraitində olan Taiz şəhərinə humanitar dəhliz açılmasına qərar verildi və BMT-nin Yəmən xüsusi nümayəndəsi Martin Qriffits İsveçdə əldə edilən razılaşmanın 13 dekabrdan tətbiq olunmağa başlayacağını açıqladı.

Hudeydə şəhəri və limanla əlaqədar olaraq isə BMT-nin baş katibi Antonio Quterres şəhər barədə razılığa əldə olunduğunu və hər iki tərəfin də liman və şəhər mərkəzindən əsgərlərini çəkəcəyini söylədi. Bundan başqa 18 dekabrdan etibarən atəşkəsin qorunması məqsədilə Hudeydə limanında BMT-nin müşahidə missiyası fəaliyyətə başlayıb.

Bütün açıqlamalara baxmayaraq, Hudeydə limanı ilə bağlı bir çox məsələ qeyri-müəyyən olaraq qalır. Tərəflərin limandan çəkilməsi ilə bölgəyə nəzarət edəcək təhlükəsizlik qüvvələrinin kimliyi hələ məlum deyil. Həmçinin Hudeydə limanının gəlirlərinin Ədəndə olan Mənsur Hadi qüvvələrinə aid Yəmən Mərkəz Bankınamı, yoxsa Ənsarullah Hərəkatının nəzarətindəki banklaramı köçürüləcəyi aydınlaşmayıb. Bunu nəzərə alaraq deyə bilərik ki, Stokholmdakı danışıqlar mərkəzi bankların birləşdirilməsi məsələsində uğursuz olub.

Hər halda, Hudeydə üçün aparılan danışıqlar Səudiyyə Ərəbistanının Yəmənə təcavüzünün dayandırılması məsələsində açar rolunu oynaya bilər. Yanvar ayının sonunda Küveytdə keçirilməsi planlaşdırılan danışıqlar üçün Hudeydə bir mərhələdir.

FaktXəbər

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
938

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
53

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
79

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
295

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
317
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 10:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru