Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Dekabr

2018
12:38
Azərbaycanda tibbi xidmət dəyişdirilir - Yeni qurumun faydaları

Parlamentin Səhiyyə komitəsinin üzvü, deputat Musa Quliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərkibində  “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs yaradılması ilə bağlı ölkə prezidentinin imzaladığı fərmanı şərh edib.

Faktxeber.com məlumat verir ki, bu barədə “Qafqazinfo”ya danışan deputat bildirib ki, sözügedən fərmanla Azərbaycanda icbari tibbi sığorta sisteminə keçidlə əlaqədar olaraq  tibb müəssisələrinin böyük bir hissəsinin idarə olunması agentliyin idarəçiliyinə verildi: “Bu məqsədlə də cənab prezident agentliyin nəzdində TƏBİB publik hüquqi şəxsin yaradılması barədə fərman verdi.  Bu, təbii ki səhiyyə sistemində keçirilən islahatlarla bağlıdır. Məqsəd əhaliyə göstəriləcək tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, tibbi xidmətlərin əlçatanlılığının asanlaşdırılması, maliyyələşdirilmənin optimallaşdırılması bütövlükdə vətəndaşa göstərilən tibbi xidmətin yeni bir modeldə yəni, sığorta sistemində  tətbiqinə şərait yaratmaqdır”.  

Deputat xatırladıb ki, icbari tibbi sığorta ilə bağlı 2008- ci ildən bu yana işlər həyata keçirilir: “Cənab prezidentin  dəfələrlə bu barədə sərəncamı olub.  Qanunvericilikdə bununla bağlı dəyişikliklər edilib. Agentlik 2015-ci ildə yaradılıb.

Pilot şəklində Gəncə, Yevlax, Ağdaş və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda icbari tibbi sığorta uğurla tətbiq olunub. Gələn il onun bütün ölkə  ərazisində tətbiqi ilə bağlı hazırlıq işləri görüləcək. Bu tibb  müəssisələrinin publik hüquqi şəxsin idarəçiliyinə verilməsi, aparılacaq hazırlıq işləri ilə bağlıdır. Bunun üçün vahid informasiya bazası olmalıdır. Kadrlarla bağlı hazırlıq işləri getməlidir. Səhiyyə  müəssisələrinin icbari tibbi sığortanın tələblərinə uyğun şəkildə  qurulmasının təsdiq olunması, müəyyən maliyyələşmə sisteminə hazırlanması üçün sözügedən fərman verilib. Fərmanın icrası da yəni səhiyyə müəssisələrinin TƏBİB-ə keçməsi 2020- ci ilin yanvarın 1-dən, qalan məsələlər isə fərman imzalandığı gündən qüvvəyə minir”.

Məqalədə : Yeni qurum 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43023

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41348

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42917

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42422

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47943

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42359

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42738
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2020 17:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru