
Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. İnzibati Xətalar Məcəlləsinin maddələrindən birinin ləğv edilməsi ilə bağlıdır.
Məcəllənin 450-ci (Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı) maddəsi ləğv olunub.
Bu maddəyə əsasən, aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə, fiziki şəxslər 150 manatdan 250 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilirdi.
Pərakəndə satış istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması görə 100 məbləğində cərimə tətbiq olunurdu.
Bildirilib ki, hazırda qanun pozuntuları aşkar edildiyi hallarda dövlət vergi orqanları tərəfindən inzibati xəta haqqında iş üzrə protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə rayon (şəhər) məhkəmələrinə göndərilir. Qeyd olunan pozuntuya görə tərtib olunan inzibati xətanın nəticələrinə dair protokollar üzrə müvafiq məhkəmələrin qərarlarına əsasən tətbiq edilən inzibati cərimələr vergi orqanları tərəfindən həmin vergi ödəyicisinin şərti hesab vərəqələrinə işlənilir.
Məcəllənin 450-ci maddəsindəki pozuntunun vergi orqanları tərəfindən müvafiq protokol tərtib edilməklə rəsmiləşdirilməsi və məhkəməyə təqdim edilməsi vergi inzibatçılığı baxımından əlavə yük yaratmaqla yanaşı, məhkəmələrin də iş yükünün lüzumsuz şəkildə artmasına, habelə vaxt itkilərinə və əlavə maliyyə vəsaitlərinin xərclənməsinə səbəb olurdu.
Dəyişikliyə əsasən, aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə cəza tədbiri olaraq inzibati cərimə deyil, maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur.
Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, belə məhsulların nağd qaydada alqı-satqısına görə inzibati cərimələri müəyyən edən müddəaların İnzibati Xətalar Məcəlləsindən çıxarılmasını və qeyd olunan pozuntulara münasibətdə maliyyə sanksiyasının tətbiqini nəzərdə tutan müddəa Vergi Məcəlləsinə əlavə edilib.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun22-05-2020 16:43 İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi - SİYAHI
22-08-2019 10:17 Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib
27-06-2019 14:08 İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib
24-05-2019 10:39 Vergi sirri haqqında məlumatlar Hesablama Palatasına da veriləcək
02-05-2019 16:25 Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə bağlı qanunu imzalayıb
13-03-2019 12:44 İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir
- 26-06-2020 13:03 AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs müddəti uzadıldı
- 25-06-2020 15:21 Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
- 19-06-2020 17:01 Torpaq yolla rayona getməyə cəhd edən 1000 sürücü cərimələnib, 3 nəfər həbs edilib
- 19-06-2020 10:09 Daş karxanasında meyit tapılıb
- 18-06-2020 14:30 Azərbaycan-İran sərhədində atış olub, ölən var
- 18-06-2020 12:08 Karantin qaydalarını pozan şöbə rəisi işdən çıxarıldı
- 18-06-2020 11:44 Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- 18-06-2020 10:36 Qubada iritonlu iki yük maşını toqquşub
- 18-06-2020 09:59 Prokurorluq Tovuz sakininin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı məlumat yayıb
- 17-06-2020 17:09 İcra başçısının arvadının "Azəriqaz"a 80 min manat borcu var - RƏSMİ
- 17-06-2020 14:34 Baş Prokurorluq: KİVDF-də baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
- 17-06-2020 13:51 İcra başçısından vətəndaşlara zorakılıq tətbiq edən polis oğlu ilə bağlı açıqlama
- 17-06-2020 10:28 Bakı metrosunun xidmət rəisi qəfildən ölüb
- 17-06-2020 09:29 Salyanda cinayət törədən şəxs həbs olunub
- 16-06-2020 18:00 Ağsu aşırımında yanğın başlayıb - Əraziyə 2 helikopter cəlb edilib
- 16-06-2020 17:50 Torpaq yolla rayonlara gedib-gələnlər müəyyən edilərək cərimələnəcək
- 16-06-2020 13:58 Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər cəzalandırıldı
- 16-06-2020 12:32 Bakının giriş-çıxışlarında yaranan tıxacın səbəbi bəlli oldu - RƏSMİ
- 16-06-2020 11:36 Balakəndə narkotik əkən şəxslər saxlanılıb
- 16-06-2020 09:14 Aeroport yolundakı qəza tıxaca səbəb oldu
- 13-06-2020 13:27 Rəhim Qazıyevə xəsarət yetirən şəxsin kimliyi məlum oldu
- 12-06-2020 18:09 Məhkəmə Neftçala rayonu icra başçısı barəsində qərar verdi
- 12-06-2020 14:16 Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb
- 12-06-2020 10:15 Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı
- 12-06-2020 09:57 Bakıda həyətdə narkotik plantasiyası aşkarlandı