Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Dekabr

2018
10:53
1916
Azərbaycan tələbələrinin II qurultayı keçirilir - FOTO

Dekabrın 21-də Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirilib.

Qurultayda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Ceyhun Bayramov, Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, millət vəkilləri, ali məktəb rektorları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr iştirak edirlər.

Mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Əli Əhmədov gənclərin və tələbələrin Azərbaycan əhalisinin əhəmiyyətli qismini təşkil etdiyini, onların ölkənin siyasi, iqtisadi, sosial həyatında mühüm rol oynadıqlarını qeyd edib və qurultayın işinə uğurlar arzulayıb.

Məqalədə : Tələbələr 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
232

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
81

Neft kəskin bahalaşıb

26

İyun
09:53
İQTİSADİYYAT
1912

“Ata Holding” zərərlə işləməyə başlayıb

26

İyun
09:50
İQTİSADİYYAT
82

Jurnalist Fuad Abbasov Azərbaycana deportasiya olunub

25

İyun
22:44
HÜQUQ,HADİSƏ
109

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3485
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 12:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru