Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Dekabr

2018
11:42
2016
Azərbaycan manatının dövretmə sürəti azalıb

Bu ilin oktyabr ayında Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 5,59 bənd təşkil edib.

Faktxeber.com Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, manatın dövretmə sürəti əvvəlki ayla müqayisədə 0,12 bənd, ötən ilin analoji dövrü ilə müqayisədə isə 0,28 bənd azalıb. Bu ilin yanvar ayının 1-nə isə manatın dövretmə sürəti 5,63 bənd təşkil edib.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən minimal həddi 2015-ci ilin yanvarında, yəni ilk devalvasiya ərəfəsində qeydə alınıb və 2,68 bəndə bərabər olub. Bu göstəricinin maksimal həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir. Oktyabrda manatın dövretmə sürətinin azalması dövriyyədə olan manat kütləsinin (M2 aqreqatı) sentyabr ayı ilə müqayisədə 497 mln. manat və ya 3,7% artması və aylıq inflyasiyanın 0,2% qalması ilə bağlıdır.

Məqalədə : Azərbaycan manatı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
590

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
35

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
64

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
277

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
298
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 21:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru