Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

20 Dekabr

2018
08:30
460
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək.

Son iki yarımfinalçının müəyyənləşəcəyi matçlar "Əlincə Arena” və "ASK Arena”da baş tutacaq. Əvvəlcə Masazırda debütant "Sabah” yarışın sonuncu finalçısı "Qəbələ”ni qəbul edəcək. Bu komandalar arasında reallaşan ilk görüşdə "qırmızı-qaralar” 1:0 hesabı ilə qalib gəliblər. Filip İvanoviçin avtoqolu meydan sahiblərinə qələbə qazandırıb.

Günün digər oyununda Azərbaycan Kubokunun sonuncu qalibi "Keşlə” ölkə çempionu "Qarabağ”ı qonaq edəcək. Bu kollektivlərin də ilk qarşılaşmasında meydan sahibləri tək qolla qalib gəliblər. Ağdamlılar Rahil Məmmədovun dəqiq zərbəsi ilə vacib qələbə əldə ediblər.

Qeyd edək ki, bu iki cütün qalibi yarımfinalda bir-biri ilə üz-üzə gələcək. Digər yarımfinal görüşündə isə "Zirə" və "Sumqayıt" komandaları qarşılaşacaq.

Yarımfinal mərhələsinin ilk oyunları 2019-cu il aprelin 23-də, cavab görüşləri isə mayın 1-də olacaq.

Azərbaycan Kuboku

1/4 final, cavab oyunları

20 dekabr (çərşənbə axşamı)

16:00. "Sabah” – "Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Eldəniz Musayev

"Əlincə Arena”

İlk oyun – 0:1

19:00. "Keşlə” – "Qarabağ”

Hakimlər: İnqilab Mmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

"ASK Arena”

İlk oyun – 0:1

Məqalədə : Azərbaycan Kuboku 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
36

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
27

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Oktyabr
11:29
İQTİSADİYYAT
30

Bayden: Tramp seçilsə NATO dağılacaq

16

Oktyabr
10:23
DÜNYA
40

Bakıda daha bir küçə yenidən qurulub - FOTO

16

Oktyabr
09:49
NƏQLİYYAT
70
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 13:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru