Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Dekabr

2018
14:27
642
Azərbaycanda hansı sosial şəbəkələr populyardır?

“Kaspersky Lab” şirkəti Azərbaycanın internet istifadəçiləri arasında hansı sosial şəbəkələrin populyar olduğunu və istifadəçilərin hesabların sındırılması ilə nə qədər rastlaşdığını müəyyən edib.

FaktXəbər bildirir ki, şirkət tərəfindən 2018-ci ildə keçirilən araşdırmanın nəticələrinə görə, Azərbaycanda internet istifadəçilərinin 97%-i müntəzəm olaraq “YouTube”a daxil olur. İstifadəçilər arasında daha sonra populyarlığına görə “Instagram” (84%), “Facebook” (81%), “Mail.ru” (52%), “Google+” (48%), “Vkontakte” (24%), “LinkedIn” (20%), “Twitter” (19%) və “Odnoklassniki.ru” (14%) şəbəkələri yer alıb.

Messencer xidmətlərinə gəldikdə isə Azərbaycan istifadəçiləri arasında daha çox “WhatsApp” (97%) populyardır. Daha sonra “Facebook Messenger” (73%), “Skype” (53%), “Agent Mail.ru” (25%), “Viber” (20%), “Twitter” (19%), “Vkontakte” (19%) və “Telegram” (16%) gəlir. Maraqlısı odur ki, sorğu istifadəçilərinin 74%-i yazışma üçün ənənəvi olaraq SMS-i seçir.

Təəccüblü deyil ki, internetdə bu cür fəallıq nəticəsində bəzi istifadəçilər kibertəhdidlərdən əziyyət çəkir. “Kaspersky Lab” müəyyən edib ki, təxminən hər onuncu istifadəçi hesabların sındırılması ilə qarşılaşıb. Bununla belə, əksər hallarda (78%) cinayətkarlar hesabları sosial şəbəkələrdə sındırıb.

“İndiki dövrdə kibertəhdidlərin müxtəlifliyini saymaq mümkün deyil. Cinayətkarlar hücumlar üçün müxtəlif alətlər yaradır, onlardan istifadə edir, funksionallığını daim dəyişir və genişləndirirlər ki, bu da onlara istifadəçilərin məxfi məlumatlarını daha tez əldə etməyə imkan verir. Kibercinayətkarların zərərli proqramlarından və fırıldaqçı tələlərindən həm sıravi istifadəçilər, həm də böyük şirkətlər ziyan çəkir. Məhz buna görə bu gün məlumatların və qurğuların qorunması həm zəruridir, həm də rəqəmsal aləmdə yaşamağın baza qaydasıdır”, - deyə “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşfiq Məmmədov bildirib.

Araşdırma onu da göstərib ki, sorğuda iştirak edənlərin 42%-i kibertəhlükəsizlik haqqında yalnız ümumi, 32%-i isə məhdud biliyə malikdir, halbuki respondetlərin 16%-i kibertəhdidlərdən qorunmaq üçün kifayət qədər məlumatlıdır.

Tədqiqat “Kaspersky Lab”ın sifarişi ilə 2018-ci ilin oktyabr ayında ERA şirkəti tərəfindən keçirilib. Fərdi müsahibələr çərçivəsində Azərbaycanda yaşı 18-dən 65-dək olan 300 aktiv internet istifadəçisi sorğuda iştirak edib.

Məqalədə : sosial şəbəkələr 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
185

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
292

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
226

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
172

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
189

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
147
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-10-2019 23:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru