Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Dekabr

2018
12:08
AQTA: Sahibkarlara verilmiş möhlət hüququ bu ay bitir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (Agentlik) qida sahəsində çalışan sahibkarlara müraciət edib.

FaktXəbər bildirir ki, qurum iş adamlarını qida təhlükəsizliyi qeydiyyatından keçməyə çağırıb.

Xatırladaq ki, AQTA bu il iyulun 1-dən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatına və dövlət reyestrinin aparılmasına başlayıb. Prosedur kifayət qədər asan olsa da, indiyə qədər qida sahəsində fəaliyyət göstərən əksər sahibkarlıq subyektləri qeydiyyatdan keçmək üçün müraciət etməyiblər.

“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən Azərbaycanda qida məhsulları sahəsində çalışan subyektlərin fəaliyyəti qida təhlükəsizliyi üzrə mövcud texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyena, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə yoxlanılır. Yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi üzrə qeydiyyata alınır. Qida təhlükəsizliyi üzrə qeydiyyata alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir.

Qanunun 7.3-cü maddəsinə əsasən qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır. Odur ki, AQTA qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinə çağırış edir ki, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirsinlər və qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün Agentliyə müraciət etsinlər. Əks halda, qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə bağlı, qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər həyata keçiriləcək.

Məqalədə : AQTA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16143

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14802

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
16196

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15805

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
21174

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15704

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15825
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-08-2020 10:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru