Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Dekabr

2018
09:54
Son 5 ildə müəllimlərin vəzifə maaşı 2 dəfə artırılıb - İNFOQRAFİKA

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 illiyi ilə bağlı növbəti infoqrafik məlumat açıqlanıb.

Təhsil Nazirliyindən Faktxeber.com-a bildirilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərinə uyğun olaraq son illərdə yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması, müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. Bu tədbirlər müəllimlər arasında sağlam rəqabəti və motivasiyanı gücləndirməklə yanaşı, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olub.

Müəllim peşəsinin nüfuzunun artırılması üzrə məlumatda bildirilib ki, 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb, orta aylıq əməkhaqqı 500 manat civarında olmaqla ölkə üzrə orta aylıq əməkhaqqına yaxınlaşıb. Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 51 min müəllim elektron ərizə ilə müraciət edib. Bu da 2013-cü illə müqayisədə 3 dəfə çoxdur. Son 5 ildə 18 136 müəllim işə qəbul olunub, onların kənd məktəblərində fəaliyyətə başlamış 11 600 nəfərinə (64 faiz) həvəsləndirmə tədbirləri tətbiq edilib. “Gələcəyin müəllimi” layihəsi çərçivəsində qəbul imtahanlarında 500 və daha artıq bal toplamış və müəllimlik ixtisasını ilk sıralarda seçmiş tələbələr üçün təqaüd müəyyənləşdirilib. Son 5 ildə bu təqaüddən 1500 tələbə faydalanıb. 2018-ci ildə 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərin sayı 2090 nəfər olub. Bu, 2013-cü ilə nisbətən 2,3 dəfə, ötən ilə nisbətən isə 53,6 faiz artım deməkdir. 2015-ci ildə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu yaradılıb. 2015-2018-ci illərdə ümumilikdə 55 min nəfərə qədər müəllim modul-kredit sisteminə əsaslanan təlimlərə cəlb edilib. Onlardan 25 mini yalnız cari ilin payına düşür.

Məqalədə : Təhsil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54631

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52724

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54139

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53859

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59284

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53579

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53938
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-12-2020 11:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru