Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Dekabr

2018
14:11
“Dövlət Gerbi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

9 maddədən ibarət olan layihə Azərbaycanın Dövlət Gerbinin istifadəsi qaydalarını müəyyən edir.

Qanun layihəsi ilə Azərbaycanın Dövlət Gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşib. Layihəyə əsasən, Dövlət Gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir.

Dövlət Gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır.

Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.(Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
190

DYP-nin “Ekologiya postu" sökülür

01

İyun
10:15
NƏQLİYYAT
270

Atəşkəs rejimi 23 dəfə pozulub

01

İyun
09:23
HƏRB
285

Ağsuda 1 ton çətənə kolu yandırılıb

01

İyun
09:14
HÜQUQ,HADİSƏ
255
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-06-2020 14:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru