Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Dekabr

2018
10:44
BMT: Hudeydə müqaviləsi Yəməndə sülh üçün başlanğıcdır

BMT-nin baş katibi Antonio Quterres bəyan edib ki, İsveçdə Yəmənlə bağlı danışıqlarda Hudeydə limanı və şəhərlə bağlı tərəflərin razılığa gəlməsinə baxmayaraq, ölkədə sülhə nail olmaq üçün hələ gediləcək uzun yol var.

"Müzakirə ediləcək bir çox məsələ var. Hələ çox sayda müqaviləyə ehtiyac var. Bu sadəcə başlanğıcdır",-deyə baş katib vurğulayıb.
 
FaktXəbər bildirir ki, BMT-nin baş katibi Antonio Quterres İsveçin Rimbo qəsəbəsindəki Johannesberg sarayında baş tutan məşvərət görüşlərinin yekununa dair mətbuat konfransı təşkil edib.

"Hudeydə ilə bağlı razılıq həm bölgənin təhlükəsizliyi, həm də insanların yaşayışına müsbət təsir edəcək. Yəməndə hərbi həll yolu yoxdur. Fikrimcə, tərəflər bunu başa düşməli və bugünkü saziş, bütün çətinliklər və maneələrə rəğmən tərəflərin birlikdə hərəkət etməsinin ciddi göstəricisidir. Hudeydə və başqa bölgələrdə hələki atəşkəs müqaviləsi bağlanmayıb, amma bu razılaşma atəşkəsin başlanğıcıdır. Əldə olunan müqaviləyə əsasən, BMT-nin Hudeydə limanında liderlik funksiyasını öz üzərinə götürəcək və Yəmənə humanitar yardımların qarşısını açacaq, beləliklə milyonlarla yəmənlinin yaşayışı yaxşılaşdırılacaq",-deyə Antonio Quterres əlavə edib.

Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı.

Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi "Ənsarullah" hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

Məqalədə : Yəmən 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61766

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59495

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61155

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60840

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66316

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60607

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60815
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2021 19:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru