Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2018
15:51
691
Azərbaycan və Rusiya Samur çayından istifadəni razılaşdıracaq

Bu gün Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində “Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyası”nın növbəti, XV iclası keçirilib.

ASC-dən Faktxeber.com-a verilən məlumata görə, iclas “Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2010-cu il sentyabrın 3-də imzalanan sazişə əsasən baş tutub.

İclasda sazişin icra olunması, Samurçay baş hidroqovşağının istismarı, sudan istifadə məlumatlarının qarşılıqlı mübadiləsi, hidroqovşaqdan ekoloji su buraxmalarına riayət edilməsi və su bölgüsü ilə bağlı digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Meliorasiya və Su Təsərrüfatının sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən birgə görüşdə Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikası Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, sazişə əsasən komissiyanın iclası ildə iki dəfə Azərbaycan və Rusiyada ərazisində keçirilir. 

Məqalədə : Samur çayı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
665

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
36

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
64

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
277

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
298
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 21:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru