Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2018
15:14
803
Azərbaycanın 6 ölkədə rəsmi turizm nümayəndəliyi açıb

Azərbaycanın 6 xarici ölkədə rəsmi xarici turizm nümayəndəliklərinin fəaliyyət başlaması ilə bağlı müqavilə imzalanıb.

Dövlət Turizm Agentliyindən Faktxeber.com-a verilən xəbərə görə, müqaviləyə əsasən “Travel Consul Agency Network Worldwide” şirkəti dünya üzrə fəaliyyət göstərən bölmələri vasitəsilə 6 ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəliyinin açılması hüququnu əldə edib. 

Almaniyanın Frankfurt (Lieb Management & Beteiligungs GmbH), BƏƏ-nin Dubay (Gulf Reps Ltd), Səudiyyə Ərəbistanın Ər-Riyad (Gulf Reps Ltd), Çinin Pekin (Brand story Inc Pte Ltd), Hindistanın Mumbay (Blue Square Consultants, a division of Ezeego One Travel & Tours Limited), Rusiyanın Moskva (Tourism Marketing & Intelligence Ltd) şəhərlərində fəaliyyətə başlayacaq nümayəndəliklər Azərbaycanın xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyır. 

Nümayəndəliklər fəaliyyət göstərdikləri ölkə və region üzrə Azərbaycanın turizm potensialının təbliği, marketinq araşdırmaları, hesabatların hazırlanması, təbliğat materiallarının hazırlanması və yayımlanması, təlimlərin keçirilməsi və s. kimi istiqamətlər üzrə fəaliyyət göstərəcəklər.

Rəsmi turizm nümayəndəliklərinin fəaliyyəti, həmçinin ölkəmizə aid seminarların, eləcə də yerləşdiyi regionlardakı və Azərbaycandakı turizm və səyahət şirkətlərinin əməkdaşlıq etməsi üçün görüşlərin təşkil edilməsi, Azərbaycanın beynəlxalq sərgilərdə təmsil olunmasına dəstək verilməsi və koordinasiya işlərini həyata keçirərək ikitərəfli əlaqələrin stimullaşdırılmasına xidmət edəcək. 

Məqalədə : turizm nümayəndəliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
331

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
231

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
252

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
292

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
321

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
312

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
885

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
690
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 11:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru