Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2018
10:47
683
BMT Azərbaycanın həmmüəllifi olduğu qətnaməni qəbul edib

BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Azərbaycanın həmmüəllifliyi ilə "Maarifləşmə və dini tolerantlıq" xüsusi qətnaməsi qəbul edilib.

"Report" Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, qətnamə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə irəli sürülmüşdü.

Sənəd tolerantlıq və qarşılıqlı hörmətin təsdiqlənməsinə yardım göstərməyi, dini azadlığın təmin edilməsini, dindarların hüquqlarının qorunmasını və onlara qarşı ayrı-seçkilik hallarının qarşısının alınmasını nəzərdə tutur.

Qeyd olunur ki, bir neçə ölkənin, o cümlədən Azərbaycanın həmmüəllifliyi ilə hazırlanmış və qəbul edilmiş bu sənəd BMT-nin bütün üzv dövlətləri tərəfindən yekdilliklə dəstəklənib.

Qətnamədə maariflənmənin, sülhün, insan haqlarının, dözümlülüyün və dostluğun təşviq edilməsinin mühüm rol oynadığı vurğulanır, eləcə də dünyada təhlükəsizlik və sülhün gücləndirilməsi naminə inteqrasiya, qarşılıqlı hörmət, insan hüquqlarının müdafiəsi, dözümlülk və qarşılıqlı anlaşmanın əhəmiyyəti qeyd olunur. Sənəddə dinlərarası, mədəniyyətlərarası və konfessiyalararası harmoniyanın təşviq edilməsinə, din və inanclarına görə şəxslərə qarşı ayrı-seçkilik edilməsinə mübarizəyə istiqamətlənmiş bütün beynəlxalq, regional və milli təşəbbüslər alqışlanır.

Məqalədə : BMT 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
590

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
35

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
64

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
277

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
298
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 21:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru