Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2018
14:50
752
Azərbaycanda övladlığagötürmə təkmilləşdirilir

Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzulayan şəxslərin uçotu sisteminin təkmil əsaslar üzərində qurulması ölkəmiz üçün aktual məsələlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 10 dekabr 2018-ci il tarixli Fərmanı ölkəmizdə bu məsələnin həllinə,  ümumən övladlığagötürmə sahəsində idarəetmə mexanizminin şəffaf prosedurlar əsasında təkmilləşdirilməsinə, uşaqlar övladlığa götürüldükdən sonra yeni ailələrdə onların yaşaması və inkişafına nəzarətin gücləndirilməsinə xidmət edir.

Fərmana əsasən, 2019-cu il iyunun 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi övladlığagötürmə sahəsində dövlət siyasətini və tənzimləməni, o cümlədən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunun elektron qaydada aparılmasını təmin edəcək. Uşaqların övladlığa götürülməsinin əsaslandırılması və bunun övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu barədə rəy verilməsi də nazirliyə tapşırılıb. Fərmanla nazirlik Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə razılıq verilməsini, həmin şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanın müəyyənləşdirilməsini həyata keçirəcək. Övladlığagötürmənin ləğvinin tələb edilməsi, övladlığagötürmə sahəsində vahid nəzarətin, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi səlahiyyətləri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Faktxeber.com-a bildirilib ki, Fərmanda əksini tapan tapşırığa uyğun olaraq, nazirlik mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılmasını və 2019-cu il iyunun 1-dən fəaliyyətə başlamasını təmin edəcək. Bu altsistem valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasına imkan verəcək. 

Məqalədə : övladlığagötürmə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1438

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
409

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
155

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1158

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
949

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2294

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
996
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 03:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru