
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun oyunları keçiriləcək. II dövrənin son tur qarşılaşmalarının hamısı eyni günə təyin olunub. Əvvəlcə debütant "Sabah" "Keşlə"ni qəbul edəcək. "Əlincə Arena"da təşkil olunacaq görüş keçmiş FIFA referisi Orxan Məmmədova həvalə olunub. Hazırda "Sabah" 17 xalla 4-cü, "Keşlə" 9 xalla sonuncu pillədə qərarlaşıb. Elşad Əhmədovun baş məşqçi olduğu komanda son 4 turda cəmi 1 xal qazana bilib. Onun rəqib həmkarı Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv isə son 2 turda uduzub. İlk dövrədə bu komandalar arasında keçirilmiş görüşdə "Sabah” səfərdə minimal hesabla qalib gəlib - 1:0. İndi isə debütant ilk dəfə rəqibini qəbul edəcək.
Digər görüş "Dalğa Arena"da "Zirə" və "Qarabağ" arasında təşkil olunacaq. Matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Samir Abasovun baş məşqçi olduğu komanda ötən tur səfərdə "Qəbələ" ilə qolsuz heç-heçə edərək, sonuncu pillədən qurtulub. Hazırda qəsəbə təmsilçisi 10 xalla 7-ci pillədə qərarlaşıb. Ağdam klubu isə son turlar qeyri-sabit çıxışına ötən tur "Keşlə"ni 5:1 hesabı ilə darmadağın etməklə son qoyub. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv hazırda 27 xalla 2-ci pillədə yer alıb.
"Zirə" və "Qarabağ" indiyədək 13 dəfə üz-üzə gəliblər. Bunların heç birində "qartallar" qələbə qazana bilməyib. "Köhlən atlar" isə 10 görüşdən qalib, 3-dən isə heç-heçə ilə ayrılıblar. Ağdamlılar son 4 qarşılaşmanı 3 xalla bitiriblər. İlk dövrədə bu komanda məhsuldar qələbəyə imza atıb - 3:2.
Daha bir matçda "Səbail" "Qəbələ"ni sınağa çəkəcək. Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv hazırda 20 xalla 3-cü pillədə qərarlaşsa da, son 2 oyununda məğlubiyyətlə üzləşib. İkinci dövrədə nəticələrini nisbətən yaxınlaşdıran "Qəbələ" isə 16 xalla 5-cidir. Sənan Qurbanovun rəhbərlik etdiyi komanda qələbə qazanacağı təqdirdə, 4-cü pilləyə yüksələ bilər. "Bayıl Arena"da keçiriləcək görüşü İnqilab Məmmədov idarə edəcək.
Şəxsi oyunlara gəlincə, tərəflər 5 dəfə üz-üzə gəliblər. Bunların 1-də "Səbail", 3-də "Qəbələ" qalib gəlibsə, daha 1 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də əyalət təmsilçisi öndədir - 11:5. "Qəbələ” bütün matçlarda qol sevinci yaşayıb. Əvvəlki 5 oyunun hərəsində ən azı 2 qol qeydə alınıb. İlk dövrədəki görüşdə isə "qırmızı-qaralar" meydanı 3 cavabsız qolla tərk ediblər.
Nəhayət, turun son oyununda lider "Neftçi" "Sumqayıt"la qarşılaşacaq. "Bakcell Arena"da təşkil olunacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək. Flaqman 13 turdan sonra 32 xalla liderdir və ən yaxın izləyicisini 5 xal geridə qoyur. Ötən tur doğma meydana qayıdışını "Səbail" üzərində 1:0 hesablı qələbə ilə qeyd edən "gənclik şəhəri" təmsilçisi isə 14 xalla 6-cıdır. Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv qələbə qazansa, hətta 4-cü pilləyə yüksələ bilər. İlk dövrədə "Sumqayıt" 0:2 hesabı ilə uduzub.
"Neftçi" və "Sumqayıt" indiyədək 25 dəfə görüşüb. Bunların 13-də paytaxt, 9-da "gənclik şəhəri" təmsilçisi qalib gəlibsə, 3 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində də "ağ-qaralar" öndədir - 41:30.
"Neftçi” son 9 ev oyununda qol sevinci yaşayıb. Son 4 qarşılaşmada qalib komanda 2 qol vurub.
Azərbaycan Premyer Liqası, XIV tur
9 dekabr (bazar)
16:00. "Sabah” – "Keşlə”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Alik Yunusov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Namiq Məstanov
"Əlincə Arena”
17:00. "Zirə” – "Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
"Dalğa Arena”
17:30. "Səbail” – "Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Bayıl Arena”
19:30. "Neftçi” – "Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cavanşir Yusifov, Ziya Nəsirov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
"Bakcell Arena”
Qeyd edək ki, turun "Səbail" - "Qəbələ" və "Neftçi" - "Sumqayıt" görüşləri "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun17-02-2020 09:00 Azərbaycan Premyer Liqasında mövsümün rekordu yeniləndi
30-11-2019 10:20 Bu gün Azərbaycan Premyer Liqasının 13-cü turuna start veriləcək
26-08-2019 15:05 Premyer Liqada ilk turun ən yaxşı oyunçusu
06-04-2019 12:48 “Qarabağ” çətin səfərdə, “Neftçi” evdə xal arzusunda
28-03-2019 16:47 Ölkə çempionatının oyun cədvəli açıqlanıb
02-02-2019 10:05 Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək - AFİŞA
- 18-06-2020 12:33 AFFA "Qarabağ" çempion elan etdi
- 17-06-2020 12:55 Messi karyerasının 699-cu qolunu vurub
- 05-06-2020 15:56 Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu - SİYAHI
- 01-06-2020 14:28 "Neftçi" legioneri ilə yollarını ayırdı - RƏSMİ
- 01-06-2020 13:42 İngilis boksçu Taysonun rinqə qayıtmasından narahatdır
- 28-05-2020 14:45 "Real Madrid" lider olsaydı, sezonu bitirərdilər
- 25-05-2020 09:00 La Liqanın bərpa vaxtı açıqlandı
- 22-05-2020 17:29 İdman tədbirlərinə iyunun 1-dən icazə veriləcək
- 22-05-2020 15:40 AFFA aşağı liqalarla bağlı qərar verdi
- 22-05-2020 10:27 Mediya İspaniya futbol çempionatının bərpa tarixini açıqladı
- 18-05-2020 16:50 Millimizin sabiq futbolçusu: "Evlər tikib satırıq, kirayə veririk"
- 18-05-2020 12:28 İdman və fitnes zalları açılsın - Gənclər artıq çəkidən əziyyət çəkir
- 14-03-2020 13:51 "Neftçi" fəaliyyətini dayandırdı
- 13-03-2020 14:15 Çempionlar Liqası və Avropa Liqası dayan dırıldı - RƏSMİ
- 13-03-2020 10:53 Braziliyalı futbolçular 8 qırmızı kart aldılar, ancaq qol vurmadılar - VİDEO
- 13-03-2020 10:03 "Formula-1"də mövsüm Azərbaycan Qran-prisi ilə başlaya bilər
- 12-03-2020 10:48 "İnter" klubu fəaliyyətini müvəqqəti dayandırıb
- 12-03-2020 10:00 PSJ mərhələ adlayıb, “Liverpul” mübarizəni dayandırıb
- 11-03-2020 09:47 "Liverpul" və PSJ çətin sınaq qarşısında
- 11-03-2020 09:24 7 qollu oyunda “Atalanta” 1/4 finalına yüksəlib
- 10-03-2020 17:15 İspaniya çempionatının iki turu tamaşaçısız keçiriləcək
- 10-03-2020 10:45 Dünyca məşhur boksçu "Nyukasl" futbol klubunu almaq istəyir
- 09-03-2020 13:21 Zidan: "Real" qələbə qazanmağa layiq deyildi və mövsümün ən pis oyununu keçirdi
- 06-03-2020 14:26 Teymur Rəcəbov bəyanat yaydı
- 06-03-2020 12:08 Koronavirusa görə futbol qaydasında müvəqqəti dəyişiklik