Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2018
16:15
949
Azərbaycanlılar Gürcüstanda ən qənaətcil turistlərdir

2018-ci ilin üçüncü rübündə Gürcüstana səyahət etmiş turistlər arasında Azərbaycandan olan turistlər ən qənaətcil turistlərdəndir. “Forbes Georgia” məlumat verir ki, bu haqda məlumat “Sakstat” Milli Statistika Xidməti (Qruzstat) tərəfindən bildirilib.

Məlumata əsasən, 2018-ci ilin iyul-sentyabr aylarında Azərbaycanlı turistlər orta hesabla 430 lari (161 dollardan artıq) xərcləyiblər. Bu göstəriciyə əsasən, ən çox pul xərcləyən turistlər BƏƏ-dən olan turistlərdir ki, onlar orta hesabla 944 dollardan artıq pul xərcləyiblər.

Növbəti yerləri İsrail turistləri (978 dollardan artıq), almaniyalılar (895 dollardan artıq), iranlılar (792 dollardan artıq), qazaxıstanlılar (735 dollardan artıq), ruslar (566 dollardan artıq) tutublar. Türkiyəli turistlər orta hesabla xərclədikləri 244 dollardan artıq məbləğlə 8-ci pillədə qərarlaşıblar, erməni turistlər isə 211 dollardan artıq məbləğlə qənaət edən turistlərdən olublar.

“Forbes”in məlumatına əsasən, turistlər tərəfindən ümumi xərclənən 1,1 milyard dolların 30,1%-i yemək və içkilərə, 25,8%-i yerləşmə ilə bağlı xərclərə, 18,8%-i istirahət və mədəni fəaliyyətlərə sərf olunub. Ən az isə şoppinqə xərclənən pullar olub ki, onlar da ümumi məbləğin 11,2%-ni təşkil edib.   

Turistlərin sayına gəldikdə isə, 3-cü rübdə Azərbaycandan Gürcüstana 494 mindən çox turist səyahət edib. Eyni zamanda, Rusiyadan 582 mindən çox turist, Ermənistandan 440 min, Türkiyədən 376 min insan bu ölkəyə səfər edib. /Oxu.az

Məqalədə : Gürcüstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sentyabrın 19-na gözlənilən hava proqnozu

18

Sentyabr
12:56
DÜNYA
121

Qubada "Azərişığ"ın maşını aşıb

18

Sentyabr
12:49
HÜQUQ,HADİSƏ
66

Piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

18

Sentyabr
12:39
HÜQUQ,HADİSƏ
152

DİN: Dünən yol qəzalarında 7 nəfər ölüb

18

Sentyabr
10:46
HÜQUQ,HADİSƏ
68

Bu şəxslərin maaşı artırıldı

18

Sentyabr
10:08
ÖLKƏ
185

Azərbaycan nefti ucuzlaşıb

18

Sentyabr
09:53
İQTİSADİYYAT
140

Xarici valyutaların manata qarşı məzənnələri

18

Sentyabr
09:45
İQTİSADİYYAT
155
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 13:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru