Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2018
16:10
İrlandiyadan İsraili qəzəbləndirəcək qadağa

İrlandiya parlamentinin üst qanadı olan Senat İsrail rejiminin işğal altında olan Fələstin torpaqlarındakı ticarətinə qadağa qoyub. FaktXəbər bildirir ki, Fələstinin məskunlaşma ərazilərində istehsal edilən mal və xidmətlərin ticarətini qadağan edən layihə dünən keçirilən səsvermədə qəbul olunub.

"İşğal altına olan ərazilərdə iqtisadi Fəaliyyətin nəzarəti" adlı qanun layihəsi bölgədən idxal təşəbbüsünü cinayətkar kimi tanıyır. Layihə işğal altındakı bölgələrdən idxal edən və ya ona kömək edən insanların 5 ilə qədər həbs cəzası və 250 min avroluq cəriməsini nəzərdə tutur.
 
Layihənin qanuni forma alması üçün İrlandiya parlamentinin alt qanadı tərəfindən təsdiq olunduqdan sonra prezident tərəfindən imzalanması gərəkdir. Əgər bu, baş verərsə, onda İrlandiya İsrail rejiminə qarşı bu tip qadağa qoyan ilk Avropa İttifaqı ölkəsi olacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İsrail 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 13:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com