Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2018
14:34
Azərbaycan Premyer Liqasının rəmzi komandası - FOTO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun rəmzi komandası açıqlanıb.

Faktxeber.com Peşəkar Futbol Liqasının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, “11-liy”ə “Qarabağ”ın 7, “Zirə”nin 2, “Neftçi” və "Sabah"ın hərəyə 1 futbolçusu düşüb.

"Neftçi"nin qapıçısı Səlahət Ağayev 7-ci, "Sabah"ın hücumçusu Marko Deviç 5-ci, "Qarabağ"dan Filip Ozobiç isə 4-cü dəfə həftənin komandasına seçiliblər. 

"Qarabağ"dan Mahir Mədətov, Abdullah Zubir, Bədavi Hüseynov və "Zirə"dən İlkin Qırtımov üçüncü dəfə rəmzi komandada yer alıb.

"Zirə"nin digər üzvü Miloş Radivoyeviç "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli ilə birgə hərəyə iki dəfə rəmzi komandaya düşüb. "Qarabağ"dan Dani Kintana və "Qara Qarayev isə ilk dəfə "11-lik"də yer alıb.

Qapıçı: Səlahət Ağayev ("Neftçi")

Müdafiəçilər: Ansi Aqolli, Bədavi Hüseynov (hər ikisi "Qarabağ"), Miloş Radivoyeviç, İlkin Qırtımov (hər ikisi "Zirə")

Yarımmüdafiəçilər: Abdullah Zubir, Filip Ozobiç, Qara Qarayev, Dani Kintana (hamısı "Qarabağ")

Hücumçular: Marko Deviç ("Sabah"), Mahir Mədətov ("Qarabağ")

Qeyd edək ki, rəmzi komanda “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rəmzi komanda 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 12:25



  (+994 55) 786-96-84

  [email protected]gmail.com

Valyuta.com