- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

"Avtovağzal" metro xəttinə "Memar Əcəmi" metro stansiyasından keçid dəhlizində divarlarda, ələlxüsus İntibah dövrü rəssamlarının tablo-surətləri mövcuddur. Bu yaxşıdır, çünki həmin uzun dəhlizlə gedərkən insan darıxmır: tablolara tamaşa edərək yoluna davam edir. Amma...
Həmin tablolarda açıq-saçıq, məhrəm yerlərin aşkar göstərildiyi səhnələr və obrazlar heç də az deyil. Bu ki, təbiidir: Avropada İntibah dövrü dinə üsyan, insanı tabulaşdırma - ultra-humanizm dövrüdür, odur ki, həmin əsrlərdə meydana çıxan əsərlərdə hedonist elementlərin çoxluğu təəccüb doğurmamalıdır. Amma biz Avropa deyilik, bizim qadına, məhrəm mövzulara baxışımız onlarınkından fərqlənir; bizdə qeyrət, namus, ailə tərbiyəsi, uşaqları məhrəm mövzulardan uzaq tutma, ictimai yerlərdə açıq-saçıqlığa xoşbaxmama mövcuddur.
Təsəvvür edirsinizmi, həmin dəhlizdən uşaqlar da keçir, xanımlar da keçir, həmin tablolar isə gözə batır. Üstəlik, o tablolar yerində durduqca ifadə etdiyi əxlaqsızlıq motivləri adiləşir, tədricən vərdiş edirik belə hallara; heysiyyatsız halda keçirik tabloların yanından, içimizdən "bu nə tərbiyəsizlikdir!" qınağı keçmir daha, çünki vərdiş edirik, dünənin istisnası bugün bizim üçün, az qalsın, normaya çevrilir... Buna sosial-psixologiyada "tədricən vərdiş" deyilir...
Bəli, incəsənət lazımdır, amma insanı əyləndirməklə yanaşı, onu mənən tərbiyə edən ülviləşdirən incəsənət, əxlaqını korlayan, mənəvi aşınma yaradan, pozğunluğu mədəniyyət olaraq təqdim edən incəsənət deyil!
Qədim Yunanıstan antik dövrün mədəni-mütərəqqi ölkəsi hesab edilsə də, ayıb yerlərinə qədər yonulmuş daş heykəllər (cinsiyyət üzvü "gözə batan" Davidin heykəli və s.) küçələri, bilik akademiyalarını "bəzəyirdi". Çünki inkişaf və tərəqqi, mədəniyyət onlarda maddi nailiyyətlərlə ölçülür, mənəviyyat, əxlaq, ruh sərf-nəzər edilirdi. İnsanı anadangəlmə təsvir və bunu ictimailəşdirmək ayıb sayılmırdı mədəniyyət və incəsənət beşiyi Afinada...
Unutmayaq: incəsənət məsələsi ciddi və mühümdür. Çünki xalqların vicdanı və hissləri ilə əlaqəlidir, onların zövqləri və psixoloji halətlərinin formalaşmasına kömək edir.
İncəsənət də elm kimi həm xeyirdə, qurub-yaratmada, həm də şər və yıxıb-dağıtmada istifadə edilə bilər. Məhz bu məqamda onun təhlükəsi özünü göstərir.
Gözəllik duyğusunu oyadan, zövqü oxşayan, insanı mənən tərbiyə edən, hissləri və əxlaqını korlamayan incəsənət bir şeydir, tərbiyəyə təsir göstərən, dağıdan, aşındıran, pozğun təfəkkürə zəmin hazırlayan incəsənət isə başqa şeydir!
İncəsənəti düzgün başa düşək, onu həyatımıza daxil edək, amma "tənasül orqanları "gözə batan" Afina heykəlləri"nə qayıtmayaq!
Elvüsal Məmmədov / AMEA, Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, elmi işçi
22-02-2019 10:22 Bakı metrosu üçün hər ay yeni vaqonlar gətiriləcək
21-02-2019 14:28 Bakı metrosuna 7 yeni ventilyator gətirilir - FOTO
20-02-2019 12:38 Metroda baş vermiş ölümün SƏBƏBİ məlum oldu
14-02-2019 08:53 "İçərişəhər"də qatarda nasazlıq
11-02-2019 09:11 Bakı Metropolitenində YENİLİK
06-02-2019 11:08 Metropoliten işçiləri Prezident Administrasiyasının qarşısında etriaz edib - VİDEO
Təhməz Təhməzzadə tərəfindən 09-12-2018 01:10:06 tarixində yazıldı |
Şəxsi fikir |
Çox gözəl və yerində olan bir məqalədir. Ümid edirəm ki nəticəsi olar. |
- 22-02-2019 16:59 Fransa ilə Almaniya birləşdi - SƏBƏB
- 20-02-2019 09:16 Fransanın "sarı gödəkcəlilər" dalanı - ANALİZ
- 14-02-2019 14:59 Qərblə Rusiya növbəti “rinq”i hansı ölkədə quracaq?
- 11-02-2019 14:29 Mələkləri qətlə yetirən Səud rejimi qana doymur
- 09-02-2019 12:29 “Erməni arzusu”na çevrilməkdə olan “Gürcü arzusu”
- 07-02-2019 16:48 İraqda ABŞ-a qarşı silahlı üsyan baş verə bilər- ANALİZ
- 06-02-2019 15:09 Venesuelada baş verənlər nəyi isbatlayır?
- 06-02-2019 10:49 ABŞ-ın xaotik Yaxın Şərq siyasəti - ANALİZ
- 24-01-2019 16:19 Gücün şəhvətinə düçar olanlar - Venesuela
- 19-01-2019 12:30 Ermənistan Bakı-Tiflis-Qarsa qoşulmaq istəyir - blokadanın sərt diktəsi
- 18-01-2019 11:47 Paşinyan Sarqsyana niyə toxunmur?
- 15-01-2019 15:54 Suriya müharibəsinin əsas səbəbi hələ də gündəmini qoruyur
- 14-01-2019 16:09 Suriyada səfirliklər açılır: SƏBƏB MƏĞLUBİYYƏTDİR
- 11-01-2019 12:07 Neft ölkələri siyasi risk altında - ANALİZ
- 09-01-2019 14:34 Əfqanıstan - ABŞ imperiyasının tənəzzül simvolu kimi
- 29-12-2018 11:32 Kreml İrəvana yenə “diş” göstərdi - işğalçıya Yeni il öncəsi hədə kimi ismarış
- 21-12-2018 17:01 YƏMƏN - Səudiyyənin gələcəyi üçün şah damarı
- 21-12-2018 09:34 Bayram Səfərovla bağlı qərarın SƏBƏBİ
- 20-12-2018 13:12 ABŞ-ın "terrorla mübarizə" adı ilə növbəti hədəfi: AFRİKA
- 20-12-2018 09:01 Proqnoz: 2019-cu ildə dünyada quraqlıq və aclıq artacaq
- 12-12-2018 15:22 "Nyu York Tayms": Yəməndə ABŞ istehsalı olan faciə yaşanır
- 10-12-2018 11:20 Sözün məsuliyyəti və manatın məzənnəsi
- 08-12-2018 12:30 Qərb istismarı tarixinin utanc səhifələri: “İnsan zooparkları”
- 06-12-2018 11:30 Bakı metrosunda gördüklərimiz və ya Afina heykəllərinə qayıdış?
- 01-12-2018 11:20 Ermənistanın taxıl blokadası başladı - İrəvanın Zurabişvili ümidi