Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2018
15:55
1558
Şəhid, məcburi köçkün və qaçqın ailələrinin övladları məktəbli forması ilə təmin ediləcək

“Hazırda bütün məktəblərdə forma tələbi var. Məktəbdaxili qərara əsasən müxtəlif forma nümunələri qəbul edilib. Qanun layihəsinin müzakirəsi zamanı təklifim ondan ibarət idi ki, şəhid ailələrinin, müharibə əlillərinin, Qarabağ qaçqınlarının ailələrinin forma xərclərini dövlət öz öhdəsinə götürsün. Aztəminatlı, çoxuşaqlı ailələr bu sarıdan maddi sıxıntı yaşayırlar. “Ümumi təhsil haqqında” qanun layihəsinin geyim formaları tətbiqinə dair qərarında aztəminatlı ailələrin məktəbli formasının dövlət tərəfindən ödənilməsinə şərait yaradılsın”.

Bu sözləri Faktxeber.com-a açıqlamasında Milli Məclisin elm və təhsil komissiyasının üzvü, deputat Asim Mollazadə deyib.

Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş geyim formalarının parlamentdə müzakirəsinə münasibət bildirən deputat bildirib ki, məktəbli formaları ilə bağlı qanun layihəsi məhz sözügedən məsələnin həlli üçün irəli sürülüb. 

Deputat bəzi təhsil müəssələrində tələb edilən məktəbli formasının baha qiymətli olmasına da münasibət bildirib: 

“Bilirsiniz ki, qiymətləndirlmə məktəbli formasının keyfiyyəti ilə bağlıdır. Bu fərqlərin olması təbiidir, qanunda bunu təmzinləyən konkret müddəa yoxdur. İstənilən halda məktəb rəhbərliyi çalışmalıdır ki, məktəbli forması valideynlər üzərinə sosial ağır yük kimi düşməsin".

Məqalədə : Məktəbli forması 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1290

Sabah yağış yağacaq

20

May
13:41
ÖLKƏ
118
Mövzu üzrə xəbərlər
Şərhlər
anonim tərəfindən 05-12-2018 18:33:56 tarixində yazıldı
Forma
25 ildən çox keçibş Ayə, yenə də məcburi qaçqın? bunlar böyümədilər? Yoxsa ömürlük bu status verilib?
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 19:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru