Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2018
09:08
3329
Şəmsəddin Hacıyev: Bu, Azərbaycan təhsilinin xeyrindən daha çox ziyanına işləyir

Millət vəkili şagirdlərin və müəllimlərin dərs-tədris yükü məsələsindən danışıb.

FaktXəbər "oxu.az"a istinadən bildirir ki, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin iclasının gündəliyinə daxil edilən yeni “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı millət vəkili Şəmsəddin Hacıyev orta məktəb şagirdlərinin məktəblərdə çox yükləndiyini bildirib və əlavə edib ki, bu, Azərbaycan təhsilinin xeyrindən daha çox ziyanına işləyir:

“Uşaqları, şagirdləri bu qədər yükləmək olmaz. Onlar yükləndikcə, təhsilin keyfiyyəti və inkişafı da aşağı düşür. Hesab edirəm ki, bu məsələyə qayıtmaq lazımdır. Həmçinin, müəllimlərin dərs-tədris yükü məsələsində müəyyən çatışmazlıqlar var.

Vaxtilə Xalq Cəbhəsinin hakimiyyəti dövründə qəbul edilən təhsil qanununda bu məsələ ilə bağlı müəyyən məqamlar nəzərdə tutulmuşdu. Ancaq hesab edirəm ki, bunlar əsaslandırılmış bir addım deyildi. Daha çox süni, populist xarakter daşıyırdı. Ona görə yeni qanunda bu məsələyə də aydınlıq gətirmək lazımdır”.

Millət vəkili repetitorluqla məşğul olanlarla bu fəaliyyətlə məşğul olmayan müəllimlərin gəlirlərində, maddi qazanclarında ciddi disproporsiyanın yarandığını bildirib.

O qeyd edib ki, müəllimlərin heç də hamısı repetitorluqla məşğul olmur.

“Ona görə hesab edirəm ki, bu məsələdə ciddi addımlara ehtiyac var. Elə etmək lazımdır ki, müəllimlər daha çox məktəblərdə öz işləri ilə məşğul olsun, şagirdlərə yüksək səviyyəli təhsil versinlər. Yəni onların maddi problemlərinin həllində növbəti addımlara ehtiyac duyulur”, - deyə millət vəkili əlavə edib.

Məqalədə : təhsil dərs yükü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
595

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
35

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
64

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
277

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
298
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 21:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru