Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2018
16:59
Amerikanın neft nəhəngi Azərbaycanı tərk edir

ABŞ-ın neft nəhəngi Exxon Mobil Azərbaycanın iri neft-qaz layihəsini tərk etməyə hazırlaşır.

Bu barədə xəbəri az əvvəl “Reuters” neft və bank sektorundakı mənbələrə istinadən bildirib.

Məlumatda deyilir ki, “Exxon Mobil” şirkətinin Azəri-Çıraq-Günəşli blokunda yataqların istismarını həyata keçirən beynəlxalq konsorsiumu tərk etməsi qlobal əməliyyatlarına yenidən baxmaq planları ilə bağlıdır.

Amerika neft nəhəngi “Əsrin müqaviləsi”indəki 6.8 faizlik payını satmağı və bundan 2 milyard dollar əldə etməyi planlaşdırır. Lakin “Exxon Mobil” şirkətinin mətbuat katibi Culiya Kinq məsələ ilə bağlı şərh vermək istəməyib: “Biz müxtəlif spekuluasiyaları və şaiyələri şərh etmirik”.

SOCAR-dan isə xəbərlə bağlı şərh almaq mümkün olmayıb.

“Reuters” qeyd edir ki, “Exxon Mobil” şirkətinin “Əsrin müqaviləsi”ini tərk etməsi şirkətin Azərbaycandakı 25 illik iştirakının sonu olacaq. “Exxon” 1994-cü ildə Azərbaycanın indiki neft sənayesinin yaradılmasının əsasını qoymağa kömək edən beş Amerika şirkətindən biri idi. “Əsrin müqaviləsi”ndə iştirak edən şirkətlərin konsorsiumu BP tərəfindən idarə edilsə də bu layihə o dövrlər ABŞ-dan güclü dövlət dəstəyi alıb. Müqavilədə Amerikanın beş şirkəti- “Exxon”, “Amoco”, “Unocal”, “Pennzoil” və “McDermott” iştirak edirdilər.

Bu layihə ona görə Qərbdən güclü dəstək almışdı ki, orada layihənin Avropanın Rusiyadan energetika asılığını azaldacağına ümid edirdilər.

Lakin agentlik qeyd edir ki, yeni kəşf edilən yataqlar özünü doğrultmadığından bu ümidlər də əriyib getdi. ABŞ şirkətlərinin əksəriyyəti öz paylarını rəqiblərinə satdı, Amerika administrasiyasının da layihəyə dəstəyi azaldı. Azərbaycan da özünün energetika sərvətləri üzərində nəzarət baxımından daha inamlı odu, dövlət neft şirkəti SOCAR vasitəsilə energetika layihələrində iri paylar əldə etdi.

Əgər “Exxon Mobil” Azəri-Çıraq-Günəşli yataqlarındakı payını satmağı reallaşdırsa bu layihədə “Chevron” tək Amerika şirkəti olaraq qalacaq. Bu şirkət layihədə 9.57 faizlik paya malikdir. BP və SOCAR-ın payları isə 30.4 və 25 faizdir.

Bildirilir ki, son illər “Exxon Mobil” daha çox Birləşmiş Ştatlarda şist neft yataqlarına, habelə Qayanada bir sıra iri neft yataqlarının kəşfinə maraq göstərir.(virtualaz)

Məqalədə : Exxon Mobil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda dərman istehsal olunacaq - FOTO

09

Dekabr
21:12
İQTİSADİYYAT
245

Erkin Qədirli seçkiyə gedir

09

Dekabr
16:45
SİYASƏT
261

AMEA doktorantura və dissertanturaya qəbul elan edib

09

Dekabr
16:09
ELM / TƏHSİL
268

Vilayət Eyvazov Bağırova VƏZİFƏ VERDİ

09

Dekabr
16:00
HÜQUQ,HADİSƏ
351
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2019 02:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru