Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2018
10:14
1255
Eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər – Azərbaycanda

“Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində növbəti sosial aksiyasını gerçəkləşdirib. 3 dekabr – Beynəlxalq Əlillər Günündə mobil operator fiziki məhdudiyyətli insanlara dəstək nümayiş etdirib. 

Şirkətin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, “Nar” eşitmə və nitq məhdudiyyəti olan insanların bir-biri və yaxınları ilə daha rahat ünsiyyət qurması üçün onları limitsiz internetli “Nar” nömrələri ilə təmin edib. Təqdim edilən “Nar” nömrələri ilə eşitmə və nitq məhdudiyyətli şəxslər video zəng edə bilər. Video zəng vasitəsilə eşitmə və nitq məhdudiyyətli şəxslər öz fikirlərini işarət dilində izah etməklə yaxınları ilə daha rahat ünsiyyət qura biləcəklər. Bununla da məsafədən asılı olmayaraq, əlaqə problemlərindən uzaq olacaq və cəmiyyətə daha asan inteqrasiya olunacaqlar. Qeyd edək ki, nömrələr "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İB-nin üzvlərinə təqdim edilib. 

Qeyd edək ki, 1992-ci il oktyabrın 14-də BMT Baş Məclisi dekabrın 3-nün "Beynəlxalq Əlillər Günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul edib. Məqsəd cəmiyyəti fiziki məhdudiyyətli insanların problemlərinin həllinə cəlb etmək, onların bütün hüquqlarını qorumaqdır. 

3 dekabr – Beynəlxalq Əlillər Günü ərəfəsində “Nar” eşitmə və nitq məhdudiyyəti olan insanların işarət dilində olan sözlərini jestlərlə izah edən “Səssiz dünyaya körpü” adlı kitabı nəşr etdirib. Məlumat xarakterli vəsait sayəsində eşitmə və nitq məhdudiyyəti olan insanlar və onların yaxınları daha çox söz toplusu əldə edəcək və ünsiyyət zamanı çətinlikdən uzaq olacaqlar. Fiziki məhdudiyyətli şəxslərə dəstək “Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. Mobil operator fiziki məhdudiyyətli insanlara qayğı göstərmək və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif layihələr gerçəkləşdirib. Qeyd edək ki, “Azerfon” (“Nar” ticarət nişanı) şirkətinin əməkdaşları arasında hazırda fiziki məhdudiyyətli şəxslər də var. 

“Nar”ın KSM strategiyası haqqında daha ərtaflı məlumatı nar.az saytından əldə etmək olar.

Məqalədə : eşitmə qüsuru 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
247

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
164

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
196

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
229

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
259

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
248

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
820

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
626
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 02:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru