Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Noyabr

2018
15:44
Zaxarova Saakyanın Moskvaya səfəri barədə: `Bakının iradı əsassızdır`

Qondarma «DQR» rəhbəri Bako Saakyanın Moskvaya səfəri şəxsi xarakter daşıyır və özəl  tədbir kimi baxılmalıdır. FaktXeber.com-un «Moskva-Baku» nəşrinə istinadla verdiyi məlumata görə bu barədə  Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bəyan edib.

"Bu səfərə özəl tədbir kimi baxılmalıdır. Onun statusu bəllidir. Və bu nə Rusiya qanunvericiliyinə - məhz şəxsi səfər kimi, nə beynəlxalq sazişə, nə də Rusiyanın Dalğlıq Qarabağ münaqişəsində vasitəçilik missiyasına ziddiyyət təşkil eləmir. Bu səbəbdən bir müddət əvvəl Azərbaycan tərəfindən irəli sürülən iradlar bizim nəzərimizcə əsassızdır", - deyə Zaxarova bəyan edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi qondarma "Dağlıq Qarabağ Respublikas"ının prezidenti Bako Saakyanın Rusiyaya səfərini Moskva-Bakı "Dostluq və Qarşılıqlı Əməkdaşlıq və Təhlükəsizlik Müqaviləsi"nin ruhuna zidd adlandırıb. Xarici siyasət qurumunun bunula bağlı yayılmış bəyanatında deyilir:

"Rusiyanın Bako Saakyanı qarşılaması Moskva-Bakı münasibətlərinin yüksək səviyyəsi ilə əsla uyuşmur. Qondarma "Dağlıq Qarabağ Respublikası" prezidentinin Rusiyaya səfəri Moskva və Bakının "Dostluq və Qarşılıqlı Əməkdaşlıq və Təhlükəsizlik Müqaviləsi"ndə iki tərəfin separatçı hərəkətlərə dəstək verməmə və iki ölkənin suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyünə qarşı fəaliyyətlərin qadağan edilməsi sahəsindəki öhdəlikləri ilə daban-dabana ziddir. Qondarma Dağlıq Qarabağ Respublikasının qanunsuz qrupunun üzvlərinin ATƏT-in Minsk Qrupuna üzv ölkələrə səfəri bu münaqişəli məntəqədə gözlənilməz vəziyyətin yaranmasına gətirib çıxara bilər və onun məsuliyyəti Ermənistanın üzərinə düşəcəkdir".

Ötən həftələrdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin Fransa və Amerikaya səfərlərinə də etiraz etmişdi.

Məqalədə : qondarma DQR 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61903

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59636

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61296

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60975

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66422

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60702

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60932
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-01-2021 16:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru