Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Noyabr

2018
12:25
Su Polisi balıqla məşğul olanlara müraciət edib - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları paytaxt ərazisində antisanitar şəraitdə balıq alveri ilə məşğul olan şəxslərlə profilaktik və maarifləndirici söhbətlər həyata kecirirlər.

İdarədən Faktxeber.com-a daxil olan rəsmi məlumatda bildirilib ki, qanunsuz olaraq və antisanitar şəraitdə satılan balıq növləri insan orqanizminə zərərlidir: “Eyni zamanda antisanitariya şəraitində satışa çıxarılan balıqlardan zəhərlənmə halları son dövrlərdə artıb. Su Nəqliyyatında Polis İdarəsi quş və dəniz onurğasızlardan sayılan krivet və xərçəngləri alan kafe, restoran, eləcə də bazarlara müraciət edərək bildirir ki, antisanitar şəraitdə satılan ov məhsullarını bu tip yerlərdən alıb əhalini zəhərləməsinlər”.

İdarənin digər məlumatında qeyd olunur ki, Su polisi tərəfindən ötən gecə saat 21:25 radələrində Xəzər dənizində balıqçı ölümdən xilas edilib. Əmiraslan Hüseynov Muxtar oğlu və Hikmət Səmədov Fikrət oğlu Novxanı qəsəbəsində taxta qayıqla balıq ovuna çıxıblar və sahildən 5 km uzaqda qayığın matoru xarab olub. Həyatı təhlükəylə üzləşən balıqçılar İdarənin Sumqayıt məntəqə rəisinə zəng vuraraq matorlarının xarab olduğunu deyərək kömək istəyiblər. Hadisə operativ səkildə Su Nəqliyyatında Polis İdarəsinin rəisinə məruzə olunub və dərhal hadisə rəhbərliyin nəzarətinə götürülüb.

Balıqçıların xilas edilməsi üçün əməliyyat tədbiri qurulub. Havanın dəyişməsi və küləkli olması həyata keçirilən tədbirlərə çətinlik yaşatsa da balıqçıların həyatı xilas edilib.

Məqalədə : Su polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43321

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41593

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43250

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42707

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48244

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42777

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43219
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 04:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru