Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Noyabr

2018
11:11
1518
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 39-CU YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

39- DİNLƏ ELM ARASINDA QARŞIDURMA VAR

Din ilə elm arasında toqquşma olduğunu iddia edən şəxsin ya din anlayışında, ya da elmə baxışında bir problem var. Elm fəaliyyətlərini kənarda, yəni təbiətdə həyata keçirir. Təbiət isə uca Yaradanın yüksək sənətini nümayiş etdirdiyi bir meydandır.

Bununla yanaşı zənn edilənin əksinə olaraq, haqq dinlər tarix boyu elmin inkişafına çox böyük töhfələr vermişdir. Bu barədə tarixi bir məsələyə diqqət çəkmək yerinə düşər. Biokimyaçı, embrioloq və sinoloq ( sinologiya - qədim və müasir Çinin tarixini, iqtisadiyyatını, siyasətini, fəlsəfəsini, dilini, ədəbiyyatını və mədəniyyətini öyrənin elmlər toplusu) Cozef Nidem Çində texnoloji inkişafa baxmayaraq, tarix boyu Qərbdəki kimi elmi səyin olmamasını, təbiətdə dəyişməyən qanunların mövcudluğuna duyulan şübhə ilə əlaqələndirir. Olsa belə, bu qanunların öyrənilməsini təmin edəcək bir Güc, yəni Allah da yoxdur. Nidemə görə, qanunların mövcudluğu, dəyişməzliyi və başa düşülməsinə qarşı inamın olmaması Çində texnoloji inkişafların müasir mənada elmə çevrilməsinə mane olur.

Xüsusilə Qurani-Kərimin insanları kainatdakı dəlillərə şahid olmağa dəvət edən, torpağın, göyün, Günəşin, Yerin və Ayın hərəkətlərini göstərən, ulduzların, yağan yağışın, gecə və gündüzün, dənizlərin, dağların, insan başda olmaqla digər canlıların yaranmasını özündə əks etdirən ayələri nəzərə aldıqda müqəddəs mətnlər baxımından da din ilə elm arasında hər hansı qarşıdurma və ya ziddiyyət olduğunu iddia etmək, həqiqətdən kənardır.

Quran uzun-uzadı bu mövzular üzərində dayanmayıb və bütün bunların geniş izahını verməyib, çünki Quran hər şeydən əvvəl əqidə kitabı, həyat proqramı və şəriətin əsasıdır.

Əgər Quran bütün bu mövzuları birdən-birə geniş açsaydı, müsəlmanlar naməlumluqla rastlaşar, bütün bu informasiyanı başa düşməzdilər. Odur ki, Quran ancaq işarə etməklə, göstərişlərlə və müqayisələrlə kifayətlənib ki, elmin gələcəyini geniş ifadə etsin və bu ulu kitabın bütün proqnozları gələcəkdə açılsın və tədricən gerçəkləşsin, bütün bunlar yüz və min illər keçdikcə duyulsun və nəsildən-nəslə Quranın Allah tərəfindən göndərilməsi möcüzə kimi insanlara göstərilsin: “Quranın haqq olduğu müşriklərə bəlli olsun deyə, biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!” ("Fussilət" surəsi, ayə 53).

İnsanın yaradılması ilə bağlı bioloji qanunu elm, ancaq indi açıb, indi biz bilmişik ki, spermatozoid bioloji növün irsiyyətinin ötürülməsində iştirak edən yeganə faktordur.

Amma Quranda insanın yaranmasına aid sərrast və yığcam təsvirlər var: “(Bütün canlıları müəyyən edilmiş vaxtda) öldürən və (bütün ölülüləri Öz istəyi ilə) dirildən (də) Odur. Həmçinin erkək və dişi cütlərini yaradan Odur. Uşaqlığa tökülən zaman, nütfədən!” ("Nəcm" surəsi, ayə 44-46)

Hz. Məhəmməddən (s) Quranın mətni haqqında soruşurlar və o, cavab verir: “Onda, sizdən əvvəl nə olubsa hamısı var, sizin aranızda nə olacaqsa, onların şərhi var. O, müdrik xəbərdarlıqdır. O, Allahın möhkəm kəndiridir”.

Dini məsələlərdə özünü aldatmağın 40 yolu
1-ci YOL 2-ci YOL 3-cü YOL 4-cü YOL
5-ci YOL 6-cı YOL 7-ci YOL 8-ci YOL
9-cu YOL 10-cu YOL 11-ci YOL 12-ci YOL
13-cü YOL 14-cü YOL 15-ci YOL 16-cı YOL
17-ci YOL 18-ci YOL 19-cu YOL 20-ci YOL
21-ci YOL 22-ci YOL 23-cü YOL 24-cü YOL
25-ci YOL 26-cı YOL 27-ci YOL 28-ci YOL
29-cu YOL 30-cu YOL 31-ci YOL 32-ci YOL
33-cü YOL 34-cü YOL 35-ci YOL 36-cı YOL
37-ci YOL 38-ci YOL 39-cu YOL 40-cı YOL

Məqalədə : 40 yol 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Hansı oyun, hansı kanalda?

21

Oktyabr
15:58
İDMAN
17

Mingəçevirdə yeni doğulan körpə ölüb

21

Oktyabr
15:18
HÜQUQ,HADİSƏ
25

Yol vergisindən toplanacaq vəsait artacaq

21

Oktyabr
14:20
NƏQLİYYAT
35

Sabahın hava proqnozu açıqlanıb

21

Oktyabr
14:17
ÖLKƏ
35

İki rayonda qaz olmayacaq

21

Oktyabr
12:07
ÖLKƏ
49

Ərbəin gecəsi Kərbəla - FOTO

21

Oktyabr
11:42
MƏNƏVİYYAT
160

Xəzər dənizində zəlzələ olub

21

Oktyabr
11:30
HÜQUQ,HADİSƏ
40
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 16:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru