Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2018
16:08
Xəzərin quruyacağı xəbərlərinin elmi əsası yoxdur - TƏDBİR - FOTO

Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsi və bunu qarşısının alınması ilə bağlı görülməli olan tədbirlər müzakirə edilib.

FaktXəbər-in məlumatına görə, Bakı Dövlət Universitetinin professoru, coğrafiya elmləri doktoru, “Kaspi Araşdırmalar Mərkəzi”nin direktoru Çingiz İsmayılov bu barədə açıqlama verib. 

Qeyd edək ki, Xəzər dənizində suyun səviyyəsinin enməsi xəbərləri 20 ildən çoxdur mütəmadi müzakirə edilir, mətbuatda yazılar dərc olunur. Eyni zamanda, bizim və ətraf regionu narahat edən digər məsələ daxili suların çəkilməsi, çaylarda və onların yataqlarında suyun dayazlaşması, Ural çayı, Urmiya gölündə yaranan ekoloji problemlərdir. 

Mövzu və irəli sürülən tezislərə münasibət bildirən professor Çingiz İsmayılov bildirib ki, Xəzərin enib-qalxması prosesi alimlər tərəfindən dəfələrlə araşdırılıb, bu gün də sözügedən mövzu ətrafında müxtəlif təhqiqatlar aparılır. Bütün fərqli fikirlərə rəğmən hamının gəldiyi əsas nəticə ondan ibarətdir ki, Günəşin aktivliyi, tektonik proseslər, su balansının pozulması Xəzər dənizində müəyyən fəsadlara yol açır. 

Mütəxəssis Günəş aktivliyinin artmasının, mülayim iqliminin müşahidə olunduğu ərazilərdə quraqlığın hökm sürməsini, içməli suyu artan tələbatı Xəzərin ekoloji durumuna xüsusi təsir göstərir: “Xəzər dənizinə axan şirin suyun 80%-i Volqa çayının payına düşür. Volqanın keçdiyi ərazilərdə havanın isti keçməsi böyük miqdarda suyun buxarlanmasına səbəb olur. Nəticədə Xəzər dənizində suyun disbalans səviyyəsi pozulur.” 

Natiq digər səbəb kimi Xəzər dənizinin iqtisadi məqsədlər üçün istifadə olunduğunu xüsusi vurğulayıb: “Bakı Buxtasının böyüdülməsi, Aktau, Ənzəli limanlarının genişləndirilməsi Xəzərin ekoloji durumuna mənfi təsir göstərir. Xəzər dənizinin dibi ilə çəkilən neft kəmərləri sanitar gigiyenik normaları pozur, təbiət müəyyən dəyişkliklərə məruz qalır”.

Professor qeyd edib ki, bütün çəkilən səbəblərə baxmayaraq, Xəzər dənizində suyun səviyəyəsinin enməsi, yaxud tam əksinə yüksəlməsi təkcə insan faktoru ilə bağlı deyil: “İnsanların təbiətə müdaxiləsi yalnız lokal səviyyədə mümkündür. Bir zamanlar Engels deyirdi ki, İnsan – təbiyyətin sahibidir. Lakin bu fikrin ciddi elmi əsasları yoxdur. Təbiətin miqyası o qədər böyükdür ki,  qlobal səviyyədə insanın təbiətə müdaxilə etməsi onun imkanları xaricindədir. Ən müasir texnolaqiyalar belə 15-20 kilometirlik qalınlığında, 1500 kilometr uzunluğunda olan tektonik plitələri hərəkətə gətirə bilməz. Dünyanun ən güclü dövlətləri belə tayfun qasırğalarının qarşısında acizdir. Yalnız insanları xilas etmək naminə müəyyən qabaqlayıcı tədbirlər həyata keçirilir; əhaliyə xəbərdarlıq olunur, daimi yaşayış yerləri dəyişdirilir və sair. Yerin nüvəsinə müdaxilə etmək mümkünsüzdür”.

Çingiz Hüseynov Xəzərdə ekoloji tarazlığın qorunması adı altında irəli sürülən ideyalara şübhəylə yanaşdığını açaqlayıb: “Bizim iranlı həmkarlarımız Xəzər dənizinə Fars körfəzi ilə birləşdirən kanalların açılmasını təklif etmişdilər. Mən cooğrafiyaşünasam, Xəzər hövzəsindəki bütün ərazilər şəxsən gəzmişəm. Burada dağ silsələləri, aktiv seysmoloji zona yerləşir. Bundan əlavə, Xəzər dənizi ilə Fars körfəzinin dəniz səviyyəsində arasında fərq var. Rusiyalı və qazıxıstanlı həmkarlarımızın da bu istiqamətdə müəyyən təklifləri olmuşdur. Unutmaq olmaz ki, təbitə bu miqyasada müdaxilə qlobal katostrafik nəticələrə səbəb ola bilər.” 

Mütəxəssis 100 ildən sonra Xəzərin quruması xəbərlərini tirajlayanları elmdən tamami ilə uzaq və xəbərsiz olduğunu vurğulayıb: “Xəzər dənizininin səviyyəsi ilk dəfə 200 il öncə ölçülüb. Bütün bu müddədt ərzində yalnız 10-15 il ərzində Xəzərdə müəyyən eniş və yüksəliş müşahidə olunub, amma 100 il müddətində mütəmadi eniş, yaxud yüksəliş qeydə alınmayıb”./ Şəhriyar Səmədov

Məqalədə : Xəzər dənizi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43483

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41800

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43461

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42922

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48440

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42960

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43375
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2020 19:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru