Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2018
15:15
1474
BP ilə Azərbaycanda alternativ enerji imkanları müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Bu barədə FaktXəbərə Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində BP ilə əməkdaşlıq imkanları müzakirə edilib. Nazir Pərviz Şahbazov BP ilə neft-qaz sahəsində uzunmüddətli və səmərəli əməkdaşlığın alternativ enerji sahəsində də faydalı olacağını deyib. BP-nin rəqabətədayanıqlı dəyər yaratmaqla alternativ enerji mənbələrinə keçid prosesində rolunu, külək və günəş enerjisi ilə bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Bərpa olunan enerji sahəsində hədəflərə nail olmaq üçün vaxt itirmədən fəaliyyətə başlamağın zəruriliyini vurğulayıb. 

Qəri Counz isə BP-nin “azkarbonlu gələcək” təşəbbüsünü təşviq edən öhdəliyindən bəhs edərək bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib. Bu potensialın reallaşdırılması ilə enerji təchizatının təhlükəsizliyinin artacağını, iqtisadiyyatın diversifikasiyasına töhfə veriləcəyini və qaz ehtiyatlarının daha yüksək marja ilə istifadəsinə imkan yaranacağını söyləyib. 

BP-nin alternativ enerji biznesinin inkişafı üzrə məsul şəxsi Marco Candeloro və planlaşdırma və komersiya üzrə rəhbəri Nayl Henderson tərəfindən “Azərbaycanda alternativ enerji imkanları” adlı təqdimat edilib. Bildirilib ki, bərpa olunan enerji mənbələri gələcəyin enerjisi kimi dünya enerji balansında mövqeyini getdikcə gücləndirir. Rəqabətqabiliyyətli olmağa başlayır. Proqnozlara görə, 2040-cı ildədək enerji tələbatındakı artımın 40 faizi bərpa olunan enerji mənbələri hesabına ödəniləcək. Paris Sazişini imzalamış ölkə kimi Azərbaycanın 2030-cu ilə qədər atmosferə atılan istixana qazlarının 35 faizini azaltmaq öhdəliyinin olduğu diqqətə çatdırılıb. Bərpa olunan enerjidən istifadənin genişləndirilməsinin bu öhdəliklərin icrasına kömək edəcəyi qeyd olunub. 

Bərpa olunan enerji mənbələri sektorunun inkişaf etdirilməsində əməkdaşlıq etmək üçün birgə işçi qrupunun yaradılması və BP ilə Energetika Nazirliyi arasında Qarşılıqlı Anlaşma Memorandumunun imzalanması təklif edilib. 

Məqalədə : BP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

XİN başçılarının görüşü keçirilir

20

İyun
22:45
SİYASƏT
447

Raul "Real"da baş məşqçi oldu

20

İyun
22:10
İDMAN
38

"Azərsilah" ləğv olundu - SƏRƏNCAM

20

İyun
18:53
HƏRB
963

Vilayət Eyvazov Daxili İşlər Naziri oldu

20

İyun
17:52
HÜQUQ,HADİSƏ
2794

Ramil Usubov vəzifəsindən azad edilib - SƏRƏNCAM

20

İyun
17:46
HÜQUQ,HADİSƏ
2654

Azərbaycan büdcəsinin gəlirləri və xərcləri

20

İyun
17:21
İQTİSADİYYAT
1957

İntihar edən Elinanın qəbri təhqir olunub - FOTO

20

İyun
17:12
HÜQUQ,HADİSƏ
1265

Oqtay Əsədov: "Bizə mane olmasalar..."

20

İyun
17:03
SİYASƏT
1940

"Bəs, anamın günahı nə idi?" - FOTO

20

İyun
16:39
HÜQUQ,HADİSƏ
2771

Azərbaycan qaz ixracını 40%-dən çox artırıb

20

İyun
16:11
İQTİSADİYYAT
89
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2019 01:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru