Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2018
12:58
Ərdoğan: İşğalçıların Qüdsün şamlarını söndürülməsinə mane olacağıq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın daimi sədrlik etdiyi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin 34-cü iclasının açılışında çıxış edib.

FaktXəbər-in məlumatına görə, "tarix bizlər üçün heç vaxt olub bitmiş hadisələr toplusu deyil. Güc, cəsarət, ilhamla birlikdə dərs aldığımız ibrət vəsiqəsidir", - deyə bildirən Ərdoğan, "keçmişdə baş vermiş hər bir hadisə acı, şirin hər hal biz müsəlmanlar üçün yaxşı oxunması, yaxşı analiz edilməsi, üzərində həssaslıqla düşünülməsi lazım olan hadisələr silsiləsidir", söyləyib.

"Suriyadan İraqa, Yəməndən Fələstinə qədər bütün bölgədə, yaşadığımız böhranın, gərginliyin, qan və göz yaşının əsasında böyük müharibə ilə həyata keçirilən dizayn vardır", - deyə bildirən Ərdoğan belə davam edib:

"Sərhədləri qanla çəkilən bu məkanda ürəklərimizə yeni sərhədlər, yeni divarlar qurmamalıyıq. Fərqliliklərimizi ortaya ataraq bizləri bir-birimizə qırdırmağa çalışanların oyunlarına uymamalıyıq.

Bu gün Yəməndə milyonlarla insan aç, səfil yaşayırsa, bunun məsuliyyətini fərqli yerlərdə axtarmağa ehtiyac yoxdur. Səbəbkarı kimdir, yenə bizik, yəni müsəlmanlar, yəni guya müsəlmanlar.

"Bir damla neft, bir damla qandan daha dəyərlidir" məntiqi ilə hərəkət edənlərin qurduğu tələlərə artıq düşməməliyik.

Fələstin problemindən daxili müharibələrə qədər hər məsələdə həll üçün qapısını döydüyümüz beynəlxalq təşkilatlar bizi məyusluğa salmadımı? Daha oralardan nə gözləyirik? Nəyə ümid edirik? Onlar bizim xeyirimizə heç bir zaman işləməyəcək".

Prezident Ərdoğan, "BMT sistemində islahat aparılması şərtdir", - deyə bildirib.

Ərdoğan, "vətəndaşlarımızın Qüds səfərlərini təşviq edərək, işğalçıların Qüdsün şamlarını söndürülməsinə əvvəl biz mane olacağıq", - söyləyib:

"İƏT üzv ölkələr kimi ticarətimizi nə qədər çox artırsaq, o qədər güclü olarıq.

Bir məsumu öldürməyi bütün insanları öldürmək kimi görən bir inancın mənsubları olaraq məhkəməsiz edamlara, vəhşi cinayətlərə başqalarından əvvəl biz etiraz edəcəyik. Dünyanın harasında olursa olsun, zülm və ədalətsizliyə əvvəl biz səsimizi yüksəldəcəyik.

Aramızdakı ticarətdə milli pul vahidləri istifadə etməyimiz, imperialist zəncirələri parçalamaq baxımından son dərəcə əhəmiyyətlidir."

Məqalədə : Ərdoğan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
62160

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59898

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61586

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
61221

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66674

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60962

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
61191
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2021 12:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru