Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2018
12:09
1598
Fatih Terim azərbaycanlı şərhçiyə “Qalatasaray”ın formasını bağışladı - FOTO

Bu gün “Qalatasaray” UEFA Çempionlar Liqasında Moskvada “Lokomotiv”lə qarşılaşacaq. “Qalatasaray”ın baş məşqçisi Fatih Terim Rusiyada işləyən azərbaycanlı televiziya şərhçisi Elvin Kərimova forma bağışlayıb.

Belə ki, oyundan öncə keçirilən mətbuat konfransında Elvin Kərimov rus dilində iki sual verib. Həmin vaxt rus dilindən türkcəyə tərcüməçilik edən şəxs Kərimovun Rusiyada “Qalatasaray”ın ən çılğın azarkeşi olduğunu bildirib.

Fatih Terim isə suallara cavab verdikdən sonra ona forma bağışlayacağını bildirib. “İmperator” sözünün üstündə durub və formanı Elvin Kərimova bağışlayıb.

Qeyd edək ki, “Lokomotiv” – “Qalatasaray” görüşü bu gün Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Məqalədə : Fatih Terim 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sentyabrın 19-ya aid hava proqnozu

18

Sentyabr
12:56
DÜNYA
51

Qubada "Azərişığ"ın maşını aşıb

18

Sentyabr
12:49
HÜQUQ,HADİSƏ
54

Piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

18

Sentyabr
12:39
HÜQUQ,HADİSƏ
130

DİN: Dünən yol qəzalarında 7 nəfər ölüb

18

Sentyabr
10:46
HÜQUQ,HADİSƏ
61

Bu şəxslərin maaşı artırıldı

18

Sentyabr
10:08
ÖLKƏ
174

Azərbaycan nefti ucuzlaşıb

18

Sentyabr
09:53
İQTİSADİYYAT
134

Xarici valyutaların manata qarşı məzənnələri

18

Sentyabr
09:45
İQTİSADİYYAT
148
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 13:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru