Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2018
11:10
İcra Hakimiyyəti qışa hazırlaşır - Xüsusi qərargah yaradıldı

Bakı Şəhər İcra Hakimiyyətində 2018-2019-cu ilin payız-qız mövsümünə hazırlığın yekunu, qış aylarında icra qurumları və təsərrüfat xidmətlərinin qarşısında duran vəzifələrə həsr olunmuş paytaxt rayonları İcra hakimiyyətlərinin başçıları, şəhər təsərrüfatı və xıdmət sahələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən  FaktXəbər-ə verilən məlumata görə, müşavirədə bildirilib ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən paytaxtda qış mövsümünə hazırlıq, şəhərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin görülməsi, yeni infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı xüsusi proqram hazırlanır.

Mövsümə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Eyni zamanda paytaxtın bütün rayonlarında, idarə və müəssisələrdə, həmçinin Şəhər İcra Hakimiyyəti tərkibində fəaliyyət göstərən departament və təşkilatlarda, eləcə də “Azəriqaz” İB, “Azərişıq” ASC, “Azərsu” ASC, Bakı Su kanalı İdarəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi tərəfindən də mövsümə hazırlıqla bağlı tədbirlər planları hazırlanıb, rayonlara Şəhər İcra Hakimiyyətinin qış mövsümü ilə bağlı tövsiyələri paylanılıb.

Müşavirədə qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçdiyi günlərdə qərargah üzvlərinin, bütün rayonların təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı, hər hansı ciddi hal yaranarsa, dərhal aradan qaldırılması məqsədilə operativ tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlar müəyyənləşdirilib, şəhər və rayonlardakı kommunal qurumların, digər idarə və təşkilatların sərancamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, kifayət qədər inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki təsdiq olunub.

Müşavirədə, həmçinin yaşayış binalarının dam örtüklərinin, blokların təmiri, ümumi istifadə yerlərinin şüşələnməsi, qanunsuz tikinti işləri aparılmasının qarşısının alınması, rayonlarda abadlıq işlərinin aparılması, sakinlərin istifadəsi üçün yeni abad məhəllələrin yaradılması ilə bağlı məsələlər müzakirə olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb

20

Aprel
14:56
BÖLMƏNİ DÜZ SEÇ!
80

Bu şəxslər təhsil haqqından xilas olacaq

20

Aprel
14:40
ELM / TƏHSİL
250

İmtahanlara 2 gün qalıb

20

Aprel
13:04
ELM / TƏHSİL
151

Pakistan və Türkiyə Talibana çağırış edib

20

Aprel
12:31
BÖLMƏNİ DÜZ SEÇ!
155

Birinci siniflərə qəbul bu tarixdən başlayır

20

Aprel
12:11
ELM / TƏHSİL
156

AFFA bəyanat yaydı

20

Aprel
12:03
İDMAN
150

İlham Əliyev Hacıqabuldadır

20

Aprel
12:00
ÖLKƏ
240

Azərbaycan nefti bahalaşır

20

Aprel
10:59
İQTİSADİYYAT
270

Neft yenidən bahalaşıb

20

Aprel
09:47
İQTİSADİYYAT
240

AMB-nin valyuta məzənnələri

20

Aprel
09:19
İQTİSADİYYAT
246
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2021 15:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru