Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2018
10:40
Vaxtından əvvəl doğuşların sayı 10 faiz təşkil edir

Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il dünyada 15 milyon vaxtından əvvəl doğuş qeydə alınır. Bu körpələrin təxminən bir milyona yaxını (7 faiz) tələf olur. 184 ölkədə vaxtından əvvəl doğuşların sayı 5-18 faiz arasında dəyişir. Azərbaycanda isə bu göstərici 10 faiz təşkil edir. Vaxtından əvvəl doğuşların 60 faizindən çoxu yoxsul Afrika və Asiya ölkələrində baş verir və həmin uşaqların da yarısı tələf olur.

Səhiyyə Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, bu barədə Quba Regional Perinatal Mərkəzində (RPM) Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü ilə əlaqədar təşkil olunan konfransda bildirilib.

Nazirliyin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova həyata keçirilən tədbirlər nəticəsində respublikamızda ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə olunduğunu deyib. Bildirilib ki, ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı çərçivəsində bir çox layihələr reallaşdırılır. Bu layihələrin tətbiqi nəticəsində ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, dərman preparatları və tibbi texnika ilə təminat yaxşılaşdırılır. Hazırda bölgələrdə 6 Regional Perinatal Mərkəz fəaliyyət göstərir.

Quba Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova diqqətə çatdırıb ki, hamiləliyin 22-37-ci həftəsində baş verən doğuşlar vaxtından əvvəl doğuş hesab olunur. Vaxtından əvvəl doğuşlar əsasən çoxdöllü hamiləliklər, bətndaxili infeksiyalar, hamilələrin ekstraqenital patologiyaları (diabet, yüksək arterial təzyiq, ürək və böyrək xəstəlikləri) və irsi faktorlar səbəbindən baş verir.

Tədbirdə qeyd olunub ki, ölkəmizdə hamilə qadınların qeydiyyatının aparılması onların ciddi nəzarətdə saxlanılmasına imkan verir. Səhiyyə Nazirliyi tərəfindən antenatal qulluq üzrə milli klinik protokola ciddi riayət edilməsi tələb olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3863

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2227

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 02:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru