Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2018
10:18
Azərbaycanda pambıq yığımı 13% artıb

Bu il ötən ilə nisbətən 13,1 % çox pambıq tədarük edilib.

Bu barədə Faktxeber.com-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 

Məlumatda deyilir ki, noyabrın 27-nə olan operativ məlumata görə, pambıq qəbulu məntəqələrinə 216,403 min ton məhsul təhvil verilib. Ölkə üzrə pambıq tədarükündə Saatlı (28,391 ton), Bərdə (23,571 ton), Ağcabədi (21,952 ton), Biləsuvar (20,563 ton) və Beyləqan (20,285 ton) rayonları irəlidədir. 

Dövlət emal müəssisələrinə təhvil verilmiş pambığın hər kiloqramına görə fermerlərə 10 qəpik subsidiya verir. Həmçinin pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, bu ilin məhsulu üçün 1-ci növün qiyməti 600 manatdan 650 manata, 2-ci növün qiyməti 580 manatdan 630 manata, 3-cü növün qiyməti isə 540 manatdan 590 manata, 4-cü növün qiyməti isə 500 manatdan 550 manata qədər artırılıb.

Məqalədə : Pambıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
12361

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
11061

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
12514

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
12103

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
17450

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
11901

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
12080
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-08-2020 00:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru