Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2018
12:14
Ombudsmanın maaşı artırıldı

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) maaşı artırılıb.

Bununla bağlı Milli Məclisin iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" qanunun 16-cı maddəsinə (Müvəkkilin sosial, maliyyə və digər təminatları) dəyişiklik edilib.

Dəyişikliyə görə, Müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alacaq. Hazırki qanunvericilikdə isə belədir: “Müvəkkil 2025 manat məbləğində aylıq əmək haqqı alır”.

Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq ediləcək.

Ombudsmanla bağlı qanuna dəyişiklik II oxunuşda qəbul edilib. Hazırda Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) 81 yaşlı Elmira Süleymanovadır.

Ombudsman Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Lakin yeni Ombudsman seçilmədiyindən o, fəaliyyətini davam etdirir. Xatırladaq ki, Elmira Süleymanova iki dəfə - 2002 və 2010-cu illərdə Ombudsman seçilib.

Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni Ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Məqalədə : Elmira Süleymanova 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4324

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2965

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2411

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2025
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-04-2020 19:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru