Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2018
10:42
1268
Azərbaycanın bank sektoruna yeni səhmdarlar gəlir

“Access Bank” QSC-nin xarici investorları kapitallaşma barədə qərar qəbul edib, noyabrın 15-də bununla bağlı saziş imzalanıb.

Bu barədə Bankın İdarə Heyətinin sədri Anar Həsənov məlumat verib.

“Bu, ilk hüquqi icbari sənəddir. Onun tərəfləri qismində “Access Bank”ın mövcud səhmdarları və beynəlxalq kreditorları çıxış edir. Kapitallaşma prosesi çərçivəsində sözügedən təşkilatlar Banka 184 milyon manat məbləğində dəstək verəcək. Bunun 118,5 milyon manatı nizamnamə kapitalının artırılmasına yönələcək və nəticədə səhmdar kapital 258 milyon manata çatdırılacaq. Əlavə olaraq subordinasiya olunmuş kredit alətləri vasitəsilə II dərəcəli kapitalın 22 milyon manat artırılması planlaşdırılır. Bununla yanaşı, "şərti kapital"ın artırılması üçün də 22 milyon manatın ayrılması nəzərdə tutulub ki, gələcəkdə ehtiyac olduğu halda bu vəsaitdən də istifadə olunacaq”, - deyə o, qeyd edib.

Sədrin sözlərinə görə, proses bitdikdən sonra “Access Bank” bank sektoruna yeni səhmdarlar gətimiş Banka çevriləcək: “Azərbaycanın bank sektorunda elə bir maliyyə təşkilatı peyda olacaq ki, onun səhmdarları sırasında mövcud təsisçilərlə yanaşı, Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı (hər ikisi AAA reytinqə malikdir) və beynəlxalq maliyyə bazarlarında nüfuzlu oyunçu olan digər investorlar daxil olacaq. Bu təşkilatların bir çoxu Azərbaycanın maliyyə sektoruna ilk dəfə olaraq kapital yatırımı edəcək. Bildiyim qədər, hətta bəzi investorlarımız “AccessBank”ın səhmdarı olmaq üçün daxili nizamnamələrinə bəzi dəyişikliklər ediblər. Bu isə bir daha onu göstərir ki, investorlar ölkə iqtisadiyyatının müsbət inkişaf dinamikasına və “AccessBank”ın biznes planına inanır. Belə çıxır ki, “AccessBank” nəinki Azərbaycanın bank sektorunda, həm də müəyyən mənada beynəlxalq səviyyədə tarix yazır”.

Məqalədə : bank 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2383

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2239

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1738

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1487

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
445

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
224

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1180
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 18:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru