Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2018
10:04
XİN 70-ə yaxın diplomatı Lənkəran və Astaraya aparır

Xarici İşlər Nazirliyi tərəfindən bu ilin 27-28 noyabr tarixlərində ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərlərinin Lənkəran şəhərinə və Astara rayonuna səfəri həyata keçirilir.

Bu haqda Faktxeber.com-a nazirlikdən məlumat verilib.

Azərbaycanda regionların inkişafı ilə yaxından tanış olmaq və bu xüsusda ölkəmizin cənub bölgəsində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə həyata keçirilən bu səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-dək nümayəndəsi iştirak edir.

Səfər çərçivəsində Lənkəran rayonunun Heydər Əliyev Mərkəzi və Heydər Əliyev xatirə parkı, Lənkəran Olimpiya İdman Kompleksi ilə tanışlıq, Azərxalça ASC, Yaşılçay MMC, eləcə də, Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi ilə tanışlıq, habelə Astara şəhərində Astara Çay MMC ilə tanışlıq və bu ərazilərdə fəaliyyət göstərən istirahət və sağlamlıq mərkəzlərinə baş çəkilməsi nəzərdə tutulub.

Səfər əsnasında regionun qida və kənd-təsərrüfatı məhsullarının ixrac potensialı haqqında da təqdimatlar təşkil olunacaq.

Məqalədə : XİN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53370

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51553

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53028

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52708

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58093

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52391

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52767
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-11-2020 18:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru