Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2018
13:17
AİP Qadınlar Şurası `Vəhdət Həftəsi` münasibətilə Gəncədə tədbir keçirdi - FOTO

AİP Qadınlar Şurasının və "Əsgər Analarına Dəstək" İctimai Birliyinin sədri Növrəstə İbrahimova "Vəhdət həftəsi" münasibəti ilə Gəncə şəhərində xanımlarla görüş keçirib.

Tədbir ilk əvvəl Gəncə İmamzadəsinin ziyarəti ilə başlayıb. Burda Qadınlar Şurasının üzvləri ibadət ocağını ziyarətə gələn xanımlara mövlud münasibəti ilə Peyğəmbərimizin rəmzini daşıyan qızılgül hədiyyə ediblər.

Daha sonra isə Vəhdət həftəsi, Həzrət Məhəmməd Peyğəmbərimizin (s) və İmam Sadiqin (ə) mövludu münasibəti ilə böyük bir tədbir təşkil olunub.

Növrəstə xanım tədbiri Quran tilavəti ilə başladı. Sonra Həzrət Məhəmməd Peyğəmbərin uca məqamından söz açaraq bildirdi ki,  Allah-Təalanın göndərdiyi bütün Peyğəmbərlər əziz olub, amma bu da bir həqiqətdir ki, onların hamısı Həzrət Mühəmmədin gəlişini təsdiq edərək, öz kitablarında və kəlamlarında buyurublar. Həzrət Məhəmməd (s) fil ilinin rəbiül-əvvəl ayında dünyaya gəldiyini bildirən Hacı xanım onun doğum günü haqqında iki versiya olduğunu bildirdi: «Sünni qardaşlarımız Həzrət Məhəmmədin rəbiül-əvvəl ayının 12-də, şiə alimlərimiz isə rəbiül-əvvəl ayının 17-də cümə günündə müqəddəs gözlərini bu dünyaya açdığını deyirlər».

AİP Qadınlar Şurasının sədri bununla əlaqədar olaraq müsəlmanlar arasında ikitirəlik düşməməsi xatirinə, İslamın və bütün müsəlmanların maraq və mənafelərinə uyğun olaraq İmam Xomeyni tərəfindən “Vəhdət həftəsi”nin əsasının qoyulduğunu xatırlatdı: «Bu gün belə uzaqgörən təklifin nə qədər önəmli olduğunu bir daha xatırlayırıq. Dünyada zülm baş alıb gedir. İslam adı altında müxtəlif qruplaşmalar Yəməndə, Əfqanıstanda, Pakistanda, İraqda, Suriyada, Fələstində, Nigeriyada, Bəhreyndə və başqa ölkələrdə terror törədirlər, milyonlarla müsəlamnları evlərindən eşiklərindən didərgin salırlar, qadın, uşaq demədən qəddarcasına qətlə yetirirlər, gah şiə, gah da sünni ibadət ocaqlarında partlayışlar, intihar hücumları həyata keçirməklər müsəlmanları parçalamağa cəhd göstərirlər. Bu gün bizim vəzifəmiz bu zalım şeytanlara qarşı İslamın adı uğrunda birləşmək, Peyğəmbərimizin, Əhli-Beytimizin yolunu davam etdirməkdir. Bu gün  həmçinin Azərbaycan torpaqlarını İşğalçı Ermənistanın hərbi birləşmələrindən azad etməyin yeganə yolu xalqımızın və bütün müsəlman xalqlarının birliyi, həmrəyliyi və vəhdətidir».

AİP Qadınlar Şurasının sədri rəbiul-əvvəl ayının 17-si Peyğəbər (s)-ın mövludu ilə yanaşı 6-cı imam İmam Sadiq (ə) -ın da mövludunun il dönümü olduğunu xatırlatdı və bildirdi ki, belə günləri  qeyd etmək bütün müsəlmanların üzərində böyük məsuliyyət yaradır.

Tədbir ehsan süfrəsi ilə yekunlaşdı.

Məqalədə : Növrəstə İbrahimova 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
75

Təhsil Nazirliyinə 2 milyon manat ayrılıb

21

Noyabr
16:26
BÖLMƏNİ DÜZ SEÇ!
127

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
165

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
125

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
180

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
180

Bakıda professor evində ölü tapılıb

21

Noyabr
11:59
HÜQUQ,HADİSƏ
251
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 18:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru