Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2018
14:05
Aslan İsmayılova hökm oxundu: 1500 manat cərimələndi

Tanınmış hüquqşünas Aslan İsmayılovun Binəqədi Rayon Məhkəməsində aylardır, davam edən məhkəmə prosesi bu gün yekunlaşıb. 

Hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hüquqşünas bir il islah işlərinə cəlb olunma cəzası alıb. Eyni zamanda, A.İsmayılovun qazancının 20%-nin tutulması və onun 1500 manat məbləğində cərimə olunması barədə qərar da var.

Qeyd edək ki, hüquqşünas Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunurdu. İttihama görə, A.İsmayılov 2017-ci ilin oktyabrında Binəqədi Rayon Məhkəməsində qapını çırpıb, məhkəmə zalındakı divarın suvağını dağıdıb, səs-küy salıb iş prosesini pozmaq istəyib. İstintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməmək haqda iltizam-qətimkan tədbiri seçmişdi.

Onu da xatırladaq ki, bu A.İsmayılovun ilk cəzası deyil. Bundan öncə Səbayel Rayon Məhkəməsi iş adamı Mürvət Həsənlinin şikayəti əsasında onun qazancından 15% dövlət nəfinə tutulmaqla, hüquqşünasın 1 il 6 ay müddətinə islah işlərinə cəlb edilməsi barədə qərar çıxarıb. Həmçinin o, 1500 manat cərimə olunub. Eyni zamanda, Səbayel Məhkəməsi “Müasir Müsavat” Partiyasının sədri Hafiz Hacıyevin şikayəti əsasında onu 1500 manat cərimələyib. (musavat.com)

Məqalədə : Aslan İsmayılov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
159

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
186

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
357

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
165

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
190

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
280

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
427

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
307
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 02:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru