Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2018
13:07
1297
Bakıda böyrək köçürməsi ilə qadını intihardan xilas etdilər

Xroniki böyrək çatışmazlığından əziyyət çəkən 31 yaşlı qadın ağır depressiv vəziyyətdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinə yerləşdirilib. Psixitarik xidmətin konsiliumundan dərhal sonra antidepressiv medikamentoz terapiyaya başlanılıb, eyni zamanda, pasiyentə böyrək köçürülməsi əməliyyatı planlaşdırılıb.

Psixiatrlar xüsusilə vurğulayıb ki, depressiyanın etimologiyası xəstənin çox həssaslıqla qəbul etdiyi hemodializ seansına bağlı olub.

“Xəstə bizə ağırlaşmış vəziyyətdə daxil olub. Situasiyanın mürəkkəbliyi xroniki böyrək çatışmazlığı ilə yanaşı, həm də ağır depressiv vəziyyətin mövcudluğunda idi. Psixiatrlar və pasiyentin yaxınları ən çox gənc qadının intihara cəhdinə görə ehtiyat ediblər. Zəruri hazırlıqlar aparıldıqdan sonra ən qısa zamanda pasiyentə anasının böyrəyi köçürüldü”, - cərrah, transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan deyib.

Uğurla keçən əməliyyat sonrası pasiyent yenidən həyata dönüb. Psixi vəziyyəti isə anidən bərpa olunub. Bir neçə gündən sonra qadın və anası tam sağlam şəkildə evə yola salınıb./oxu.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
922

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
53

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
79

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
295

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
317
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 10:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru